13-02-2024, 05:49 | Avropa Şurasının Baş katibi İlham Əliyevi təbrik etdi

Avropa Şurasının Baş katibi İlham Əliyevi təbrik etdi


Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident.

Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir".


AZƏRTAC

13-02-2024, 05:45 | Petr Pavel İlham Əliyevə təbrik məktubu göndərib

Petr Pavel İlham Əliyevə təbrik məktubu göndərib


Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasında sıx münasibətlər və dostluq əlaqələri uzun tarixə malikdir. İnanıram ki, biz təkcə ölkələrimizin mənafeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram"

AZƏRTAC

13-02-2024, 05:44 | Viktor Orban İlham Əliyevə təbrik məktubu göndərib

Viktor Orban İlham Əliyevə təbrik məktubu göndərib


Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.


Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var.

Ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımız, sosial ənənələrimiz, ailə dəyərlərinə hörmət və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlıq təkan verir. Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram


AZƏRTAC

13-02-2024, 05:41 | Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib



Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.

Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.

Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm".



AZƏRTAC

12-02-2024, 20:00 | Klaus Verner İohannis: Azərbaycan Rumıniya üçün strateji və etibarlı tərəfdaşdır

Klaus Verner İohannis: Azərbaycan Rumıniya üçün strateji və etibarlı tərəfdaşdır


Rumıniya Prezidenti Klaus Verner İohannis növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Rumıniya Prezidenti təbrik məktubunda qeyd edib: "Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır".

Rumıniyanın iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayan Klaus Verner İohannis bildirib: "Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Ətraflı

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir".

Sonra Prezident İohannis ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə dövlətimizin başçısını bu il Rumıniyaya rəsmi səfərə dəvət edib.






12-02-2024, 19:55 | Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib



Məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.

Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.


Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm".





AZƏRTAC

12-02-2024, 15:04 | Pyotr Qlıboçko İlham Əliyevə təbrik məktubu göndərib

Pyotr Qlıboçko İlham Əliyevə təbrik məktubu göndərib



İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

8 president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri Sizin siyasi xadim kimi yüksək nüfuzunuzu və ölkənin liderinə ümumxalq dəstəyini təsdiq edir. Siz Azərbaycan xalqına sədaqətini əməldə sübut etmiş parlaq, qeyri-adi şəxsiyyət, çox gözəl idarəçisiniz. Ölkə Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb və gələcəyə inamla baxır. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universitetinin Bakı filialı Sizin dəstəyiniz və fəal iştirakınız sayəsində açılıb, bu gün ölkənizdə elm və təhsilin inkişafına, Rusiya və Azərbaycanın qardaş xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram




12-02-2024, 10:50 | “Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb”

“Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb”



"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb".

qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "The Telegraph"a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var: "Ötən ilin sonu bizə elə gəldi ki, yekun müqavilənin mətnini razılaşdırmağa yaxınıq. Güman edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra razılaşdırılmış maddələrin reallaşdırılmasına nail ola biləcəyik".


9-02-2024, 09:41 | Edi Rama İlham Əliyevi təbrik edib

Edi Rama İlham Əliyevi təbrik edib


Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC bildirir ki, Edi Rama "X" sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm".

9-02-2024, 08:48 | Bakı və İrəvanla strateji münasibətlər... - Tiflis

Bakı və İrəvanla strateji münasibətlər... - Tiflis



Tiflis Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır.

Bunu Gürcüstan xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili deyib.

"İstəyirik ki, Tiflis gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuları müzakirə olunduğu platformaya çevrilsin. Buna nail olmaq üçün hökumət Türkiyə ilə, həmçinin Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin hazırkı yüksək dinamikasını saxlamaq və gücləndirmək niyyətindədir", - Darçiaşvili qeyd edib.

axar.az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.