15-12-2023, 13:55 | YAP İdarə Heyətinin iclası keçirilildi

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Daha sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: "Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır".
YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: "Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək".
Tədbirdə YAP İdarə Heyətinin üzvləri - Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər.
Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.
Daha sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsvrməyə çıxarılaraq təsdiqlənib.
Bununla da iclas başa çatıb.
---------
10:03
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
Milli.Az xəbər verir ki, iclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur.
- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
- Təşkilati məsələlər.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Respublica.Az
15-12-2023, 13:49 | YAP-ın səlahiyyətli nümayəndələri onlar oldu

Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri təyin edilib.
Respublics.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Respublics.Az
14-12-2023, 15:40 | Ərdoğanla Putin RAZILIĞA GƏLDİ: "Gələn ilin əvvəlində...

Rusiya prezidenti Vladimir Putin ilin yekununa dair konfrasda önəmli açıqlamalar verib.
Rusiya lideri Türkiyəyə gözlənilən səfəri ilə bağlı danışıb.
Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daim əlaqə saxladığını vurğulayıb.
"Ərdoğanla daim təmasdayıq. Türkiyəyə səfər etməyi planlaşdırırdım, lakin Ərdoğanın sıx iş qrafiki səbəbindən bu səfər baş tutmadı. Səfər barədə razılaşmışıq. Gələn ilin əvvəlində Türkiyəyə səfər edə bilərəm".
Musavat.com
14-12-2023, 13:54 | Ceyhun Bayramov Mirzoyanla ABŞ-da görüşəcək? - RƏSMİ CAVAB

Rəsmi Bakı ABŞ-nin yanvar ayında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifi ilə bağlı erməni mediasında yayılan məlumatlara reaksiya verib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, növbəti görüşün yeri və tarixləri barədə hələlik razılıq yoxdur
Qeyd edək ki, Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan ölkənin ictimai televiziyasına müsahibəsində Azərbaycanın ABŞ-nin təklifinə müsbət cavab verdiyini bildirib: "Hazırda bizdə olan məlumata görə, Azərbaycan ABŞ-nin Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi təklifini qəbul edib", - o deyib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ-də nazirlər səviyyəsində görüşdə iştiraka hazır olduqlarını bildirib.
Respublica.Az
14-12-2023, 13:19 | İlham Əliyev Hakan Fidanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.
Respublica.Az
14-12-2023, 07:31 | Azərbaycan ilə Ermənistan arasında davamlı sülh üçün fürsət yaranıb - Yaşar Gülər

Artlq Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün "fürsət qapısı" açılıb.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentində çıxışı zamanı müdafiə naziri Yaşar Gülər deyib.
O qeyd edib ki, Ermənistan da bunu başa düşərək hərəkət etməlidir.
Y.Gülər Ermənistanın qonşuları ilə əməkdaşlığa hazır olduğunu göstərəcəyinə ümid etdiyini bildirib.
13-12-2023, 15:03 | Onların Bakıdakı "dərziləri" - Danışanların əsl üzü

Gələn ilin fevral ayında prezident seçkilərinin keçirilməsinin elanından sonra ictimaiyyət arasında qəribə vəziyyət yaranıb, bir çoxunda müxtəlif suallar formalaşıb. Əksəriyyət şəxsi seçkilərin niyə vaxtından tez keçirilməsi maraqlandırır. Buna müxtəlif don geyindirənlər də az deyil. Eləcə də müxalif şəxslər mövcud vəziyyəti fürsət bilib bundan öz maraqları üçün istifadə etməyə çalışırlar.
44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi olaraq ərazi bütövlüyümüzün tamamlanmasının Qərb dairələrində narahatlıq yaratdığı heç kimə sirr deyil. Bu müddət ərzində verilən bəyanatlar, qalmaqallı çıxışlar, müxtəlif yollarla qələbəni gözdən salmaq cəhdləri bunun bariz nümunəsidir. Qərb hər zaman olduğu kimi indi də müəyyən şəxsləri satın alaraq onların vasitəsi ilə ölkədə çaxnaşma yaratmağa, mövcud reallıqların əksinə, saxta məlumatlarla hökumət ilə xalq arasındakı bağı zəiflətməyə çalışırlar. Onlar xüsusilə, qələbədən sonra daha da möhkəmlənən xalq-hökumət birliyini zəiflətmək, cəmiyyəti parçalamaq, ölkədə qarşıdurma yaratmaq üçün əllərindən gələni edirlər.

Qərbin sözügedən məqsədini ölkədə həyata keçirmək üçün seçdiyi şəxslərdən biri də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədlidir. Qərbin layihəsi olan bu şəxsin hələ seçki başlamamışdan neqativ ab-hava yaratması və planlanan sonrakı qərəzli hesabatları bunu deməyə əsas verir. Müsahibələrində hər dəfə Azərbaycandakı vəziyyətlə bağlı təhrif olunmuş çıxış edən Anar Məmmədli bu dəfə də ənənəsinə sadiq qalıb.
Bəziləri bu seçkiləri hakimiyyət-müxalifət münasibətlərində iqtidarın özünü güclü göstərmək istəyi kimi təqdim etsələr də, vəziyyət tam başqadır. Növbədənkənar seçkilərlə bağlı müxtəlif versiyalar səslənsə də bunu qeyri-adi qərar kimi dəyərləndirmək doğru deyil. Azərbaycanda indiyədək keçirilən və keçiriləcək seçkilərin ədalətli olmadığını iddia edən Anar Məmmədli ilk növbədə seçimlərin vaxtına "ilişib". O, bunu seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı açıqlama olmaması ilə əlaqələndirir. Halbuki, bunun səbəbi dəfələrlə məntiqli və tutarlı şəkildə izah edilib. Əvvala bildirim ki, Bu seçkilər ik növbədə Azərbaycan hakimiyyətinin Azərbyacan xalqı tərəfindən alınan sosial siyasi çağırışını və öhdəliyini yerinə yetirmək istəyidir. Belə ki, Azərbaycan üçün ilk növbədə maraqlı olan məsələ vətəndaşların maraqları və onların mənafeyidir. Azərbaycanın ən böyük siyasəti vətəndaşların maraqlarının və çağırışlarının təminatıdır. Bu seçkilərin də qayəsi budur. Bundan əlavə dünyada və qonşu ölkələrdə baş verən proseslər, növbədənkənar seçkilər mövcud qərarın qəbulunu vacib etdi. Məsələn, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edilib. Bu mənada rəsmi Bakının da analoji addımı atmasında qeyri-adilik yoxdur.
2013-cü ildə qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma hallarına görə 3 aylıq həbs olunan Anar Məmməmdli Qərbdən gələn tapşırıqları ümumiləşdirib "monitorinq nəticəsi" kimi təqdim edib. Aydın məsələdir ki, onunla yanaşı digər "seçilmiş" şəxslərə də seçkilərlə bağlı Qərbdən eyni tezislər göndərilir. Onlar bu tezislər əsasında çıxışlar edərək Qərbin məqsədinin həyata keçirilməsinə yardım etmiş olurlar.
İslam
Milli.Az
13-12-2023, 14:19 | Bu yollarının əsaslı təmirinə 1,2 milyon manat ayrıldı

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Respublica.Az
13-12-2023, 14:16 | Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzalanıb.
Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə
Eyubova Mələkxanım Yadigar qızı
Əhmədov İlham Namiq Kamal oğlu
Əli-zadə Məryam Əli qızı
Əzizov Arif Möhübəli oğlu
Xələfova Fəxriyə Rafiq qızı
İsmayılova Səkinə Qulu qızı
Ömərova Həmidə Məmməd qızı
3-cü dərəcəli "Əmək" ordeni ilə
Abdullayeva Yaqut Babakişi qızı
Əsədullayev Mirnazim Müştəba oğlu
Şükürov Azad Hətəm oğlu
"Tərəqqi" medalı ilə
Abdullayev Həmzə Yusif oğlu
Abdullayeva Tamilla Paşayevna
Babayeva Məryəm Şaqi qızı
Eyvazova Yeganə Məhəmməd qızı
İsmayılov Ramiz Məmməd oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu
Mahmudova Göyçək Fuad qızı
Manafov Fikrət Bala Kərim oğlu
Mehdiyeva Səbinə Mətləb qızı
Rüstəmova Nigar Rafiq qızı
Rzaquliyeva Aytən Elbəy qızı
Salayev Ayaz Ramiz oğlu
Süleymanlı Mübariz Aslan oğlu
Talıbova Böyükxanım Böyükağa qızı.
2. Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar incəsənət xadimi"
Mahmudova Ceyran Emin qızı
"Əməkdar müəllim"
Əliyeva Nəzirə Məmmədqulu qızı
Hüseynov Nadir Qəribağa oğlu
Kazımov Rəşad Oqtay oğlu
Mansurova Humay Saleh qızı
Mehdiyeva Kəmalə Teyyub qızı
Mikayılova Sonaxanım Məmmədağa qızı
Orucov Fəzail Cəfər oğlu
Teymurova Sevda Namaz qızı
Yaqubova Mahirə Mehdi qızı.
3. Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Baxşıyeva Gülşad Eynulla qızı
Əmirov Əli Məmməd oğlu
Məmmədəliyev Vamiq Məmmədəli oğlu
Məmmədova Validə İmran qızı.
Respublica.Az
13-12-2023, 12:28 | "İlham Əliyevin reytinqi hədsiz dərəcədə artıb" - Kolerov

İlham Əliyevin reytinqi hədsiz dərəcədə artıb və şəxsən onu heç nə təhdid etmir.
Bu sözləri rusiyalı ermənipərəst politoloq Modest Kolerov erməni mediasına müsahibəsində Azərbaycanda növbədənkənar prezident seçkisinin təyin edilməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Zəngəzur məsələsi ilə bağlı İlham Əliyev Heydər Əliyevin 30 il əvvəl qarşısına qoyduğu problemi, yəni Türkiyə və Azərbaycanın birləşməsi məsələsini yenidən gündəmə gətirib.
Buna baxmayaraq, o, bu seçkinin "Ermənistana təcavüzü legitimləşdirmək üçün" olduğu barədə iddiaları qəbul etməyib:
"Bakıda dəfələrlə gündəmə gətirilən Zəngəzur dəhlizi onların daxili məsələsidir, ancaq formal mənada. Aydındır ki, həmin dəhlizə nəzarət təkcə Naxçıvanla birbaşa quru əlaqə yaratmaq deyil, həm də 2 məsələni həll etmək məqsədi daşıyır: birincisi, Naxçıvana nəzarəti 100 faiz bərpa etmək - indi Azərbaycan bunu Türkiyə ilə bölüşməlidir, bu da Naxçıvanın coğrafi baxımdan uzaq olması ilə bağlıdır. İkinci: dəhliz müəyyən edildikdə, Heydər Əliyev ideyasına, Türkiyə ilə Azərbaycanın hansısa formatda birləşməsi ideyasına qayıtmaq üçün heç bir maneə olmayacaq. Bunun üçün İlham Əliyevə geniş azadlıq lazımdır. Mən Azərbaycan müxalifətinin Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş seçkilərlə bağlı səsləndirdiyi fikirlərə ciddi yanaşmıram - saxtakarlıqdan danışırlar. Əliyev artıq qalib gəlibsə, niyə saxtakarlığa əl atmalıdır? İnsanlar onsuz da onu seçməkdən məmnun olacaqlar. Onun növbədənkənar seçkilərə getməsi özünə maksimum sərbəstlik vermək istəməsindən xəbər verir. Və düşünməli və başa düşməlisiniz ki, o, hansı problemi həll etmək üçün bu sərbəstliyi əldə etmək istəyir. Ermənistanla bağlı bunu Zəngəzur itkisi ilə ifadə etmək olar".
Kolerov bildirib ki, İlham Əliyev İrəvanı almaq istəyir, ona görə də Zəngəzuru alanda İrəvanda Allaha şükür edəcəklər ki, o, hər şeyi götürməyib:
"Bu, ümumi metodologiyadır. Məndə belə bir təəssürat var ki, Əliyev Ermənistana hücum etməkdən qorxmağı dayandırıb. Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara fikir vermək lazım deyil - bu, belə bir şərti hadisədir. Zəngəzurdan keçən nəqliyyat dəhlizi mütləq sərhəd nöqtələri ilə qeyd olunmur. Qarabağa qədər Zəngəzurda 41-42 min yerli erməni yaşayırdı, sonra orada 7 min nəfər qalmışdı, İndi Gorusda, Qafanda Qarabağdan olan qaçqınlar var, amma təbii ki, onlar gedəcəklər. Təsəvvür edirsinizmi, Zəngəzurun dağlıq, nəhəng ərazisində bu qədər az əhali... Zəngəzurdan, köhnə yoldan keçirsiniz və orada şəhərlərdən başqa heç bir yaşayış məntəqəsi görmürsünüz".
Rus ekspertin fikrincə, məhz bu məqamda azərbaycanlıların geri qayıtması məsələsinin qaldırılması təsadüf deyil. Onun iddiasına görə, hakimiyyət Zəngəzuru saxlamaq üçün heç bir addım atmır, üstəlik, Zəngəzuru saxlamaq üçün kifayət qədər əhali yoxdur:
"İnsanlar çıxıb gedirlər. İrəvan zəiflik göstərdi və o zəiflik təhrik edir: hücumlar, irəliləyiş, genişlənmələr davam edəcək. Amma Ermənistanda bu təhlükəyə qarşı heç bir daxili, psixoloji, siyasi reaksiya görmürəm".
Onun fikrincə, ermənilərdə pafos, vətənpərvərlik hissi artıq qalmayıb:
"Gəlin əlimizi ürəyimizin üstünə qoyaq: əminsinizmi ki, ermənilər öz dövlətçiliyini qorumaq istəyirlər? İstanbula hər il 60-70 min erməni gedir, onlar şəhərləşirlər, İstanbulda artıq erməni məhəlləsi var. Rusiyada, Soçidə, Rostovda o qədər gözəl, varlı, xoşbəxt erməni ailələri var ki: rusca danışan və o mühitdə özünü çox yaxşı hiss edən gözəl erməni gözəlləri. Təbii ki, bayramlarda erməni kilsəsinə gedirlər, amma məncə, daha dili bilmirlər".
O, Paşinyanın ümidini Fransaya bağlamasına da diqqət çəkib:
"Düşünürəm ki, Ermənistan ona dövlət olaraq lazım deyil... Dövlət üçün döyüşən adam torpaq uğrunda mübarizə aparır, o torpağı abadlaşdırır, möhkəmləndirir... Məndə Nikol Vovayeviçin Zəngəzuru saxslamaq istəyi haqda bir təəssürat yoxdur. Ən pisi odur ki, onun alternativi yoxdur, formalaşmayıb. Əzizim Robert Sedrakoviç nəticə əldə edə bilmədi... Mən ona hörmət edirəm, amma göstərdiyi nəticə pis oldu: seçicilərin on faizi ciddi nəticə deyil".
milli.az


















