4-09-2021, 11:29 | Ərdoğan Azərbaycanla imzalanmış daha üç sənədi təsdiqləyib

Ərdoğan Azərbaycanla imzalanmış daha üç sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan 3 sazişi təsdiqləyib.

Trend bu barədə "Resmi Gazete"yə istinadən məlumat verir.

Həmin sənədlər 25 fevral 2020-ci ildə Bakıda imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma", 31 oktyabr 2017-ci ildə Bakıda imzlanmış "Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması", 25 aprel 2018-ci ildə Ankarada imzalanmış "Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İstismarı və Fəaliyyətləri Haqqında Anlaşma"dır.

Nyus.Az

4-09-2021, 11:26 | Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.

Dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!" Milli.az.

30-08-2021, 06:48 | Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonundan fotolar paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonundan fotolar paylaşıb

Avqustun 29-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərə növbəti dəfə səfər edib.

Birinci vitse-prezident Mehriban Əliyeva səfərlə bağlı rəsmi "Instagram" səhifəsində Xocavənd rayonundan fotolar paylaşıb.





30-08-2021, 06:44 | Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır

Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır

Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır.

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva inzibati binada aparılan bərpa işləri ilə tanış olublar.

AZƏRTAC

30-08-2021, 06:39 | Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb

Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb


Füzuli aeroportu Qarabağın hava qapısıdır.


Bu fikri Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlətimizin başçısı deyir: "Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır".

AZƏRTAC

30-08-2021, 06:35 | Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə azad olunmuş ərazilərə növbəti səfərdən görüntülər paylaşıb - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə azad olunmuş ərazilərə növbəti səfərdən görüntülər paylaşıb - VİDEO

Avqustun 29-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərə növbəti dəfə səfər edib.

Birinci vitse-prezident Mehriban Əliyeva səfərlə bağlı rəsmi "Instagram" səhifəsində görüntülər paylaşıb.

AZƏRTAC

30-08-2021, 06:33 | Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Tokio-2020" Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!".

AZƏRTAC

30-08-2021, 06:31 | Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!".

AZƏRTAC

30-08-2021, 06:30 | Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub - FOTO

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub - FOTO

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev 1-ci məhəllənin təməlini qoydu.






AZƏRTAC

30-08-2021, 06:27 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Avqustun 29-da Şuşada "Otel və Konfrans Mərkəzi"nin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev "Otel və Konfrans Mərkəzi"nin təməlini qoydu.

Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu "Otel və Konfrans Mərkəzi" müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət "Otel və Konfrans Mərkəzi"ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.



AZƏRTAC

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.