25-12-2020, 10:26 | 1 yanvar 2021-ci ildən maaşınızdan sığorta haqları bu cür tutulacaq - İZAH

1 yanvar 2021-ci ildən maaşınızdan sığorta haqları bu cür tutulacaq - İZAH

1 yanvar 2021-ci il tarixindən etibarən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Nümunə ilə izah edək:

İşəgötürən tərəfindən - 1. İşəgötürən işçiyə aylıq 500₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəyəcək.

2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.

İşçi tərəfindən - 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 500₼-dır. Bu halda onun əməkhaqqından 2%, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı tutulacaq.

2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500₼-dır. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Nümunə ilə izah edək:

İşəgötürən tərəfindən - 1. İşəgötürən işçiyə aylıq 700₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 1%-i, aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı ödəyəcək.

2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.

İşçi tərəfindən - 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700₼-dır. Bu halda onun əməkhaqqından 1%, yəni aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı tutulacaq.

2. İşçinin aylıq əməkhaqqı 8500₼-dır. Bu zaman 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 82.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Nümunə ilə izah edək:

1. Şəxs aylıq 500₼ gəlir əldə edir. Bu halda o gəlirinin 2%-i, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəməlidir.

2. Şəxs aylıq 8500₼ gəlir əldə edir. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 1%-i, yəni 5₼ (500*1%=5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə şəxs aylıq 165₼ icbari tibbi sığorta haqqı ödəməlidir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Nümunə ilə izah edək:

Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250₼-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10₼ (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

Digər şəxslərin icbari tibbi sığorta haqqı isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Belə ki, həm yuxarıda qeyd olunan əhali kateqoriyaları, həm də digər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.

Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib. Daha ətraflı buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.

14-12-2020, 06:46 | Gözəllik salonları və bərbərxanalar fəaliyyəti dayandırıldı

Gözəllik salonları və bərbərxanalar fəaliyyəti dayandırıldı


Bu gündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq edilir.

Sərt karantin dövründə gözəllik salonları və bərbərxanaların da fəaliyyətinə icazə verilmir.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir

14-12-2020, 06:23 | Yenidən 190 manat yardım veriləcək

Yenidən 190 manat yardım veriləcək



Ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb.

Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcəkdir. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulub.

Xatırladırıq ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

14-12-2020, 06:21 | Bakı metrosu yanvarın 31-nə qədər işləməyəcək


Bakı metrosu yanvarın 31-nə qədər işləməyəcək

Ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb.

Operativ Qərargahdan verilən məlumata görə, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.

25-11-2020, 13:00 | Bakıda velosiped yolları və tramvay xətti ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda velosiped yolları və tramvay xətti ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

"Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - T. Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.(apa)

12-11-2020, 08:19 | Şuşa və Xankəndidə Azərbaycanın mobil şəbəkəsi fəaliyyətə başlayıb

Şuşa və Xankəndidə Azərbaycanın mobil şəbəkəsi fəaliyyətə başlayıb

Azərbaycanın Şuşa və Xankəndi şəhərlərində ölkəmizin mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb.

Bu barədə "İzvestiya" qəzetinin müxbiri bildirib.

Onun sözlərinə görə, qoşulmanın adı "Qelebebizimdir" deyə qeyd edilib.Trend

8-11-2020, 13:20 | "Şuşanın işğaldan azad olunması mübarək olsun!" - FOTO

"Şuşanın işğaldan azad olunması mübarək olsun!" - FOTO


Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin azad olunmas mübarək olsun.

Bunu Türkiyənin Xarici işlər nazirliyi Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın şanlı bayrağı bir daha enməmək üzrə Şuşada dalğalandırılacaq:

"Ür rəngli bayrağınla məsud yaşa, Azərbaycan!" (Trend)






17-02-2020, 12:33 | “Ekologiya postu” ilə bağlı son qərar verildi

“Ekologiya postu” ilə bağlı son qərar verildi

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir:

"Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri qazılıb çıxarılıb. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir".

Yolun genişləndirilməsi nəticəsində Dövlət Yol Polisinin "Ekologiya postu"nun söküləcəyi və yerinin dəyişdiriləcəyi barədə yayılan məlumatları APA-ya şərh edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolun genişləndirilməsi ilə əlaqədar "Ekologiya postu"nun ərazisinin yol istiqamətinə düşən hissəsi söküləcək:

"Postun ərazisi bir az geriyə çəkiləcək. Postun tam söküləcəyi ilə bağlı məlumatlar isə yanlışdır. Hələlik postun ərazisində söküntü işlərinə başlanmayıb".

13-02-2020, 14:29 | Prezident İlham Əliyev milli komandamızı təbrik etdi

Prezident İlham Əliyev milli komandamızı təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın Güləş üzrə Milli komandasını qələbə münasibətilə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edib.

Prezident yazıb: "Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.