22-06-2022, 12:19 | Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdır

Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdır


Məlumdur ki, dünyada hər bir xalq özünün savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə öyünür və bu da həmin xalqların öz ölkələrini daha çox tanıtmalarına, daha da məşhur olmalarına səbəb olur.

Hal-hazırda bəşəriyyət əldə olunan elmi nailiyyətlər əsasında kompüter erasına qədəm qoyub ki, bu da əksər ölkələrdə olduğu kimi, məhz bizim ölkəmizin də hər sahəsində, o cümlədən təhsil sahəsinin inkişafında da öz təsirini göstərməkdədir. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ildənilə yeni-yeni texniki avadanlıqlarla və s. ilə təmin olunur ki, bu da müəyyən olunmuş strategiyaya uyğun həyata keçirilir. Qeyd edək ki, indiyə kimi ölkəmiz savadlı kadrlarının sayəsində inkişaf edib, sosial-iqtisadi, siyasi, hərbi və digər sahələrdə müəyyən uğurlarına qovuşub. Bəli, yalnız savadlı cəmiyyətin, peşəkar mütəxəssislərin sayəsində hər sahədə lazımi uğurları əldə etmək, dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək mümkün olur. Unutmaq olmaz ki, vaxtilə ulu öndər Heydər Əliyev “Təhsil millətin gələciyidir” deyə öz müdrik kəlamını ifadə edərək, hakimiyyətdə olduğu illər ərzində ölkəmizin təhsil sahəsinə diqqətlə yanaşdı və bu sahədən heç zaman qayğısını əsirgəmədi. Faktdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasətin nəticəsində respublikamızda təhsilin inkişafı, problemlərinin həlli və s. istiqamətində lazımi addımlar atılır ki, bu da hal-hazırda öz bəhrəsini verməkdədir.



Bəli, heç kəsə sirr deyil ki, indiyə kimi Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan çoxsaylı təhsil müəssisələri var və onlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir (ADAU-dur). Bu ali təhsil müəssisəsinə 25 iyul 2013-cü il tarixdən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Həsən oğlu Cəfərov rəhbərlik edir. O, belə bir təyinatından əvvəl rektor əvəzi, tədris işləri üzrə prorektor vəzifəsini daşıyır. Ümumiyyətlə, İbrahim Cəfərovun rektor təyinatı, bu ali təhsil müəssisəsinin həyatında olduqca əhəmiyyətli rol oynayır. Əldə etdiyimiz məlumatlara görə gənc yaşlarından pedaqoji sahədə fəaliyyətə başlayan və ötən illər ərzində kifayət qədər zəngin təcrübə toplayan, eyni zamanda peşəkar idarəçiliyi ilə Azərbaycan təhsilinin inişafına dərin töhfələrini bəxş edən İbrahim Cəfərov, bu gün elə bir idarəçiliyini həyata keçirir ki, hər bir KİV nümayəndəsi, ictimaiyyətin fəal nümayəndəsi və s. ADAU haqda lazımi məlumatları asanlıqla əldə edə bilir. Diqqət yetirək ki, hal-hazırda rektor vəzifəsini daşıyan İbrahim Cəfərov bugünə kimi 3 dərsliyin, 1 dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin, 4 metodiki tövsiyənin, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Bundan əlavə, bu şəxsin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir və onun elmi əsərlərinin 43-ü xaricdə, 13-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir. Bəli, İbrahim Cəfərov kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olduğundan, onun ötən illər ərzindəki fəaliyyəti daim dəyərləndirilmişdir, lazımi qiymətini də almışdır. Belə ki, kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 noyabr 2016-cı il tarixli Sərəncamı ilə, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İbrahim Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur.
Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdır
O da hər kəsə məlumdur ki, professor İbrahim Cəfərov daim ictimaiyyətlə sıx əlaqə saxlamağı bacaran vəzifə sahibidir. Bu olduqca qürurverici haldır və bu şəxsi insanlara olduğu kimi tanıtdıran, qəbul etdirən cəhətdir. Diqqət yetirək ki, hal-hazırda ölkəmizin ərazisində fəaliyyət göstərən ali təhsil ocaqları içərisində ən ümidverici məlumatlar, daha çox ADAU-nun adı ilə bağlı olur. Yəni, rektor İbrahim Cəfərovun atdığı addımlarla, bu ali təhsil ocağında əldə olunan uğurlarla bağlı ayrı-ayrı media qurumlarında yayımlanan məqalələrdə, məhz bütün bunları açıq-aydın görmək mümkündür. Odur ki, bu ali təhsil ocağında keçirilən semestr imtahanlarının gedişi ilə bağlı əsl həqiqətləri bilmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, universitetin auditoriyalarında, yataqxanalarında, həyətdə-bacasında olan tələbələrlə fərdi söhbətlər etmək, tələbələrin valideyinləri, digər yaxınları ilə əlaqə yaradıb lazımi həqiqətləri üzə çıxartmaq heç də çətin deyil. Faktdır ki, bu ali təhsil ocağında elə bir idarəçilik həyata keçirilir ki, hansısa tələbədən “məni kəsdilər” ifadəsini eşitmək mümkün deyil. Çünki, Universitet rəhbərliyinin bütün neqativ halları aradan qaldırdığı, semestr imtahanlarında obyektivliyin təmin olunması yöndə lazımi addımlarını atdığı bildirilir. Yəni, bütün bunları bir neçə gün bundan əvvəl keçirilən semestr imtahanlarında canlı şəkildə müşahidə edib gördüyümüzdən, məhz qeyd olunanların həqiqət olduğunu bildiririk. Məsələn, istər mühəndislik, baytarlıq, aqronomluq, aqrobiznes və idarəetmə, elektroenergetika və informasiya texnologiyaları korpuslarında, istərsə də digər korpuslarda olarkən tələbələrlə, bəzi valideyinlərlə etdiyimiz fərdi söhbətlərimiz zamanı, ümumi vəziyyətin necəliyini tam şəkildə dəqiqləşdirə bildik. Yəni, o zaman bəlli oldu ki, bu ali təhsil müəssisəsində hansısa rüşvət faktorunun varlığından söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq, bu gün bəzi media qurumlarında ADAU ilə bağlı xoşagəlməz məqalələr yayımlanır, əsl həqiqətlər təhrif olunmuş qaydada geniş ictimaiyyətin diqqətinə çatdırılır. Sözsüz ki, bu kimi addımların atılmasının arxasında hansısa sifarişlərin verilməsinin, hansısa qüvvələrin məkrli planlarının həyata keçirilməsi niyyətinin durduğu qənaətinə də gəlmək olar. Amma, onu unutmaq olmaz ki, bu cür çirkin niyyət sahibləri heç də uzağa gedə bilməyəcəklər. Çünki, bir düz hər zaman əyrini kəsib.
Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdırDiqqəti cəlb edən hallardan biri də, bu ali təhsil ocağında keçirilən şifahi imtahanlar zamanı müəllimlərin suallarına cavab verən tələbələrə digər tələbələrin qulaq asmaları olur. Yəni, həmin vaxt bir kimsə nəsə deyə bilmir ki, “filan tələbə suala cavab vermədiyi halda qiymət aldı, yaxud da hansısa suala zəif cavab verən tələbəyə yüksək qiymət yazıldı”. Bu yöndə atılan addımlar aşkarlığın üzə çıxarılmasına, şübhələrin birdəfəlik aradan qaldırılmasına səbəb olur. Ümumiyyətlə, keçirilən şifahi imtahanların müsbət cəhətləri çox olur. Bütün bunlar onu sübut edir ki, ADAU-nun rektoru professor İbrahim Cəfərov, hal-hazırda Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan, rəhbərlik etdiyi sahədə şəffaf mühitin varlığını təmin edən vəzifə sahibi olmaqla bərabər, eyni zamanda doğma xalqına, dövlətə və dövlətçiliyimizə layiqincə xidmət göstərməyi də bacaran nüfuzlu ziyalıdır.

Qeyd edək ki, bu gün İbrahim Cəfərov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, doğma xalqına ləyaqətlə xidmətdə görür. Bu da onun nüfuzlu Azərbaycan ziyalısı olaraq nəinki ölkəmizdə, hətta dünyanın əksər ölkələrində də tanınmasına səbəb olur. Bəli, bu şəxs hər zaman ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu əməli addımları ilə sübuta yetirib və heç zaman heç bir təmənna güdmədən, vəzifədə olub-olmamasına fərq belə qoymadan, daim prezident İlham Əliyevə, dövlətimizə, dövlətçiliyimizə xidmət göstərməyi özü üçün şərəf bilib. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.



22-10-2021, 09:19 | Ağdaşda karantin qaydalarını pozan şadlıq saraylarının icarədarları cərimələnib

Ağdaşda karantin qaydalarını pozan şadlıq saraylarının icarədarları cərimələnib




Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı "Tural" şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi, "Ay işığı" şadlıq sarayında isə müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Elman Yusubov və Niyazi Abdurəhmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

28-05-2021, 14:34 | Ağdam Sənaye Parkı yaradılır - FƏRMAN

Ağdam Sənaye Parkı yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Ağdam Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb.

AZƏRTAC bildirir ki, fərmanda deyilir:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Region iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.

İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.

Fərmana əsasn müəyyən edilir ki, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir; Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) həyata keçirir.

Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Nazirlər Kabinetinə tapşırılır ki, Ağdam Sənaye Parkının fəaliyyəti üçün işğaldan azad edilmiş Ağdam şəhərinin yaxınlığında 190 (yüz doxsan) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Ağdam Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə sahibkarlıq fəaliyyətinin təşkili, dəstəklənməsi və səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi məqsədilə Agentliyə kömək etsin; Ağdam Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, göstərilən xidmətlər və həyata keçirilən digər fəaliyyət üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Aidiyyəti dövlət orqanları (qurumları) Ağdam Sənaye Parkının yaradılması və fəaliyyətinin səmərəli həyata keçirilməsi, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı madə olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun təmin edəcəklər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

16-05-2021, 08:01 | Mehdi Həsənov işgüzar vəzifə sahibidir

Mehdi Həsənov işgüzar vəzifə sahibidir

Su təsərrüfatının inkişafı əsas strateji sahələrdən biri olduğu üçün, bu sahənin inkişafına nail olmadan nə ərzaq bolluğuna, nə də ki, digər problemlərin həllinə nail olmaq mümkün deyil

Ölkəmizdə su təsərrüfatı əsas strateji sahələrdən biri olduğu üçün, son illər bu sahəni daha da inkişaf etdirmək qarşımızda duran əsas vəzifələrdən birinə çevrilib. Belə bir səbəb üzündən də, hal-hazırda bu sahənin inkişaf etdirilməsi, mövcud problemlərinin həlli və s. hər kəsdən əzmkarlıq tələb edir. Çünki, yaşadığımız ictimai həyatın bir sahəsi olaraq su təsərrüfatını inkişaf etdirmədən nə ərzaq bolluğuna, nə də ki, həlli vacib olan problemlərin həllinə nail ola bilərik. O halın varlığını da qeyd edək ki, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatını dolğun şəkildə ödəmək və s. qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti, məhz bu sahənin inkişafına yönəldildi. Ümumiyyətlə, su insan həyatında əvəzolunmaz nemət olmaqla bərabər, həm də ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas amillərdən biridir. Bir sözlə, suyun insan həyatında oynadığı rolun əhəmiyyətini heç nə ilə əvəz etmək olmaz. Onu da bildirək ki, su təsərrüfatının inkişafı ictimai həyatımızın varlığı üçün olduqca əhəmiyyət kəsb etdiyindiyindən, ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər müəssisələrin iş fəaliyyətləri haqda doğru-dürüst məlumatlar əldə etməyi, məhz zaman-zaman özümüz üçün borc bilmişik. Bu məqsədlə elə hallar olub ki, respublikamızın bəzi şəhər və rayonlarında olmuşuq və mövcud vəziyyət haqda doğru-dürüst məlumatları da əldə etmişik.

Sözsüz ki, respublikamızda su təsərrüfatının inkişaf etdirilməsi, məhz bu sahəyə cavabdehlik daşıyan qurum rəhbərlərinin atdıqları addımlardan, həyata keçirilən idarəçiliyin mahiyyətidən çox asılı olur. Belə idarələrdən biri də, Şəmkir rayonunun Dəllər qəsəbəsində fəaliyyət göstərən və Mehdi Müseyib oğlu Həsənovun rəhbərlik etdiyi Şəmkir Subartezian Quyularının İstismarı idarəsidir. Əldə etdiyimiz məlumatlara görə, 2019-cu ildən bugünkü vəzifəsinin icraasına başlayan Mehdi Həsənov, hazırda idarəçiliyini elə bir formada həyata keçirir ki, nəinki rayonun mərkəzi ərazilərində, hətta ucqar kəndlərində belə əhalinin su ilə təminatı, üzləşəcəkləri problemlər və s. daim diqqətdə saxlanılır. Bundan əlavə, rayonun iri yaşayış məntəqələrində, ucqar kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bərabər, yerli sakinlərin də su ilə təminatlarını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər həyata keçirilir. Sözsüz ki, belə bir yanaşma, problemlərin həlli yöndə atılan addımlar, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən Şəmkir Subartezian Quyularının İstismarı idarəsinin rəhbərliyinə verilən tapşırıqlar əsasında öz həllini tapır.

Onu da qeyd edək ki, Şəmkir Subartezian Quyularının İstismarı idarəsi ötən illərdə olduğu kimi, bu gün də Şəmkir rayonunun iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və hal-hazırda rayonun sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsində başlıca rol oynayır. Faktdır ki, Mehdi Həsənovun rəhbərliyi altında bu idarədə çalışan kollektiv üzvləri arasında yaradılmış sağlam mühitin varlığı, bacarıqlı və peşəkar kadrların önə çəkilmələri, hər kəsin əməyinin lazımınca qiymətləndirilməsi, problemli məsələlərin qarşılıqlı münasibətlər əsasında həll olunması, su təsərrüfatı üzrə peşəkar mütəxəssislərin önəmli vəzifələrə təyin olunmaları və s. haqda qərarı son anda idarə rəisi verir ki, bu da onun böyüklüyünü, müdrik şəxs olmasını göstərən amillərin varlığıdır. Digər tərəfdən, bugünə kimi ölkəmiz suvarma əkinçiliyi diyarı olaraq xüsusi ad-san çıxarıb və uzun illərdən bəri böyük zəhmət tələb edən, həmçinin külli miqdarda vəsaitlər hesabına su axınını bölüşdürən, tənzimləyən, eyni zamanda irriqasiya sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları, su anbarları yaradılmışdır ki, bu gün də onlardan səmərəli şəkildə istifadə olunmaqdadır. Onu da vurğulamaq yerinə düşər ki, belə bir kompleksin əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə, məhz onun şəxsi təşəbbüsü və yaxından köməyi sayəsində yaradılmışdır. Bəli, ölkəmizdə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını görən Ulu Öndər, zamanında bu sahənin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət vermiş, bu sahənin rolunu yüksək qiymətləndirmiş, hətta meliorasiya və su təsərrüfatının inkişafını diqqətdə saxlamış və bu yöndə aparılan işlərlə şəxsən maraqlanmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev də, məhz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkəmizin ərzaq probleminin həllində oynadığı rolun əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda “Meliorasiya və İrriqasiya haqqında” Qanunun 05 iyun 1996-cı il tarixdə qəbul edildiyini nəzərə alaraq, meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - “Meliorator günü” kimi qeyd olunması haqqında 24 may 2007-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncamın imzalanması cənab Prezidentin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, bu da hər il melioratorlar tərəfindən minnətdarlıqla qarşılanmaqdadır.

Hal-hazırda Mehdi Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Şəmkir Subartezian Quyularının İstismarı idarəsi, Şəmkir rayon sakinlərinin su ilə təminatlarının dolğun şəkildə ödənilməsində, rayonun iqtisadiyyatının hərtərəfli inkişaf etdirilməsində, məhsul bolluğunun yaradılmasında, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onu da bildirək ki, 2019-cu ildən düzgün və peşəkarlığa söykənən idarəçiliyini tətbiq etməklə strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edən Mehdi Həsənov, bugünə qədər saysız-hesabsız uğurlara imza atmış və indiyə kimi Şəmkirin inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Bütün bunlardan əlavə o, ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstək verən, yüksək texniki biliyə malik olan, qısa zaman kəsiyində düzgün qərar qəbul etməyi bacaran vəzifə sahibidir. O, olduqca sadə, hər kəsə qarşı yüksək insani münasibət nümayiş etdirməyi bacaran bir şəxsdir. Hər kəsə bəllidir ki, Şəmkir Subartezian Quyularının İstismarı idarəsinin rəisi rəhbəri olduğu kollektivin hər bir üzvünə, bir sözlə bütün insanlara diqqət və qayğı ilə yanaşır, problemlərinin həllinə dəstək olur və hər kəsin dövlətimizə və Prezidentimizə qarşı inam hissini artırmağa çalışır.

Bundan əlavə, Mehdi Həsənov yaradıcı və qurucu vəzifə sahibidir, mehribançılığı sevən bir şəxsdir. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə yüksək insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olur. Hazırda Şəmkir Subartezian Quyularının İstismarı idarəsinin rəisi vəzifəsini peşəkarlıqla yerinə yetirən Mehdi Həsənov, bu gün elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, hər kəsə bəlli olan həqiqətlərdir. Faktdır ki, Mehdi Həsənov sağlam təfəkkürə, sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Bütün bunlara baxmayaraq, son günlər bəzi KİV nümayəndələri Mehdi Həsənova qarşı düşünülməmiş “səlib yürüşü”nə başlasalar da, uzun illər ərzində xalqımıza, dövlətimizə sədaqətlə, vicdanla xidmət edən və indiyə kimi bir çox vəzifələri daşımış bu şəxsə heç bir “qara ləkə” yapışmaz. Çünki, əqidəsi və başlıca amalı sağlam ideyalar üzərində formalaşan, özündə mənəvi və əxlaqi dəyərləri cəmləşdirən Mehdi Həsənov, bu gün atdığı addımları ilə bir çox vəzifə sahiblərinə nümunə ola bilər. Faktdır ki, hazırda qarşımızda daha böyük məqsədlər, strateji amallar durur və bu da hər bir vəzifə sahibindən öz işinə məsuliyyətlə yanaşmağı tələb edir. Əgər hər bir vəzifə sahibi Mehdi Həsənov kimi üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələrsə, o halda nəinki ümumi məqsədlərimizin həllinə nail ola bilərik, hətta dünyaya şölə saçan Azərbaycanımızın daha şan-şöhrətli bir dövlətə çevrilməsinə də nail ola bilərik.



Hazırladı: Şahin ORUCOV




11-05-2021, 08:07 | Göyçayda MEYDAN SULAYAN KİMDİR? - NARAZILIQ!

Göyçayda MEYDAN SULAYAN KİMDİR? - NARAZILIQ!

Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu DİA.AZ-a şikayət ərizısi ilə müraciət edib.
Müraciət müəllifi DİA.AZ-a yazır: "Gördüyünüz bu mənzərə göyçay rayon Qaraməryam kəndinə aid çərmədil dağı adlanan ərazidə yerləşən kəndimizin örüş sahələridir.kənd icra nümayəndəsi Mürvət Saabəli oğlu Abuzərov həmin böyük bir hissəsini müvafiq qurumlardan saxta arayışlar əsasında satmışdır ki bununda nəticəsində örüş sahələrimiz məhv olmaqla yanaşı həmin dağ qəzalı vəziyyətə düşmüş,hal hazırda insanların və heyvanlarımızın həyatı üçün təhlükə mənbəyinə çevrilmişdir.dəfələrlə bu barədə şikayətlərin olunmasına baxmayaraq dövlətimizin qanunla qorunan mənafeinə zidd olan törədilmiş əməl hüquqi müstəvidə Mürvət Abuzərovu himayə edən qara əllərin köməkliyi ilə öz həllini tapa bilməmişdir.bununla yanaşı Mürvət Abuzərov videoda görünən kəsilmiş su borusunu satmaq məqsədi ilə kəssədə lakin müəyyən səbəblərdən həmin borunu hələlik sata bilməmişdir.lakin həmin ərazidən bir qədər irəlidə kənd əhalisinin əkin sahələrinin suvarılması məqsədi ilə çəkilmiş diametri 200 santımetrdən artıq olan,kilometrlərlə və dəyəri yüzminlərlə hesablanan su borularını sataraq şəxsi ehtiyacları üçün xərcləmişdir.Bu barədə də hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılsada sonradan kimlərinsə təsirləri nəticəsində cinayət işi bağlanmışdır.
Mürvət Abuzərov kənd icra nümayəndəliyinin həyətini dövlət torpağını qanunsuz olaraq saxta arayışla satmış,orada olan ağacların kəsilərək məhv edilməsinə şərait yaradaraq,həmin ərazidə ticarət obyekti tikilməsi üçün hər hansı bir maraqlandırıcı maraqlar müqabilində şərait yaratmışdır.bu barədə etdiyim haqlı şikayətlərim göyçay rayon prokurorluğunda öz təsdiqini tapsa da, Lakin Mürvət Abuzərovu qoruyan qara əllərin rayon prokurorluğuna etdikləri təsir nəticəsində 3 aydır ki,Abuzərova bu məsəlı ilə bağlı heç bir təsirli tədbir görə bilmir.onun bu əməli bununla kifayətlənmir! Belə ki toxunulmaz kəndxudamız Qaraməryam kəndində yerləşən "pemka" adlı yaşayış binalarının "katelni"sinin dəyəri minlərlə manat qiyməti olan borusunu da satmış,bu barədə bina sakinlərinin kütləvi şikayətlərinə baxmayaraq cənab Abuzərov bu məsələdəndə üzü ağ çıxmağı bacarmışdır.demək olar ki bizim kəndxudamızın rayonda toxunulmazlıq statusu vardır.
Sonuncu rəsmi cavablarda obyektin qanunsuz tikilməsini təsdiq edən rəsmi cavablardır

Mətbuat Vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və ölkənin Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edərək bildirmək İstəyirəm ki, Göyçay rayon icra hakimiyyətinin Qaraməryam kəndi üzrə icra nümayəndəsi Mürvət Saabəli oğlu Abuzərov kənd icra nümayəndəliyinin həyətyanı sahəsini dövlət torpağını saxta arayışla sataraq sözügedən yerdə ağacların kəsilərək məhv edilməsinə şərait yaradıb həmin yerdə ticarət obyekti tikilməsini təmin edərək dövlətin qanunla qorunan mənafeyinə xələl gətirmişdir".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

8-05-2021, 07:55 | Neftçala sakinləri çarəsiz durumda... - Başçı isə...

Neftçala sakinləri çarəsiz durumda... - Başçı isə...

“HOLLYWOOD”da çəkilən “Beşinci element” filminə baxmamış olmazsınız. “Azərbaycanfilm”in istehsalı olan “Torpaq, Dəniz, Od, Səma” filmi ilə oxşar sujet xətti olan bu filmin əsas məğzi ondan ibarətdir ki, beşinci element olan insanın olması üçün, qalan dörd elementin, torpağın, odun (Günəşin), suyun və havanın (küləyin) var olması labüd şərtlərdir.

Əgər insan orqanizminin 60 faizini maye təşkil edirsə, bu dörd elementin arasında suyun hansı önəmə sahib olmasını başa düşmək üçün o qədər də dərin ağıla sahib olmağa ehtiyac yoxdur.
Əbəs yerə, su-həyatdır deməyiblər axı…! Lakin əfsuslar olsun ki, Neftçala rayonunun başda şəhərin Köhnə qəsəbə adlanan hissəsi olmaqla bir çox yaşayış yerləri, kənd və qəsəbələri neçə illərdir ki, su problem ilə, ilin on iki ayı, sutkanın iyirmi dörd saatı sözün əsl mənasında ölüm-dirim savaşı verirlər.

Ötən ildən Kür çayında suyun şorlaşması bu savaşın pik həddi oldu. Rayona yeni su xəttinin çəkilməsi xəbəri hansı sevincə səbəb olmuşdu onu təsəvvür etmək çətindir. Lakin bu sevincimiz uzun sürmədi. Ötən il iyun-iyul aylarında şorlaşmağa başlayan Kür çayı, bu il artıq aprel ayından şor su ilə bizləri “sevindirdi”. Yeni çəkilən su xətti ilə verilən suyun həcmi hələ bu gün əhalinin tələbatını ödəmirsə, qarşıdan gələn qılınc kimi istilərdə biz neynəyəcəyik?!
Bu problemlə bağlı “Azərsu” ASC-nin qaynar xəttinə (955), rəhbərliyinə yazılı, şifahi neçə dəfələrlə müraciətlərimiz olub, nə faydası, problem necə var idisə eləcədə qalıb!
Neftçala Su-Kanal idarəsinin rəhbərliyinə də müraciət edəndə, idarənin müdiri cənab Nizami Manafov bildirir ki, yeni çəkilən su xəttinə verilən suyun həcminin artırılmasına “Salyan icazə vermir”?!
Binalara quraşdırılmış su sayğacları sadəcə görüntü yaratmaq üçün dayanıb, suyun yolunu gözləyə-gözləyə paslanırlar. Binaların qarşısına inşa edilmiş su çənləri yağışdan sonra çıxan göbələkləri xatırladır. Əvvəllər bu çənlərin yerində oturacaqlar, uşaqlar üçün oyun meydançaları var idi, indi isə daş, dəmir, plastik su çənləri?! Üstəlik bu çənlərə və çənlərdən mənzillərə suyun ötürülməsi üçün su nasosları! Bu nasoslara sərf olunan elektrik enerjisinin məbləğini hesabladıqda Neftçala Su-Kanal idarəsinin abonentlərə borcu çıxır, nəinki abonentlərin bu idarəyə. Həftə ərzində iki gün verilən suyun üstündə qonşular arasında çıxan saçyoldudan danışmaq ayıbıma gəlir. Əsasən gecə saatlarında gələn suyu nasosla çənə vuran zaman elektrik çarpması nəticəsində ölüm hadisəsi də “Azərsu”nun Yezidlərinə təsir etmədi!
Bütün bunlar azmış kimi hələ abonentlərə su pulu da hesablanır?! Necə deyərlər, utanmasan oynamağa nə var ki…! Ötən il məhəllələrə plastik su çənləri qoydular və bu çənlər vaxtaşırı su maşınları ilə doldurulurdu. Bu il bu çənləri yığışdırdılar, niyəsini konkret izah edən tapılmasa da, bəzilərinin dediklərinə görə bu çənlər satılıb! Babalı deyənlərin boynuna! “Azərsu”ya müraciət etməkdən cana yığılan əhali, məcbur qalıb kollektiv ərizə ilə ölkə başçısına müraciət ediblər. Bir sözlə Neftçalanın çox yeri Kərbəla, hər yeri Aşuradır!
Amma yaxşısını Allah bilir! Ümid Allahdan kəsilməz! Yəqin ki, bir gün bizim də dərdimizə dərman edən tapılar!
Ümidimiz göydə Allaha, yerdə Möhtərəm Prezidentimizədir! //gundelik-baku.com//

22-04-2021, 12:03 | Cəlilabadlı fermerlər niyə subsidiya ala bilmirlər? - VİDEO

Cəlilabadlı fermerlər niyə subsidiya ala bilmirlər? - VİDEO

"Əkin sahələrimizə lazımi qulluq edə bilmirik, çünki dövlət tərəfindən ayrılan subsidiyanı vaxtında almırıq".

xezerxeber.az bildirir ki, belə bir iddia ilə Cəlilabad rayonunun Bayxanlı kəndindən olan fermerlər çıxış edirlər.

İddia ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, Cəlilabad rayonundan olan fermerlərlə fərdi şəkildə əlaqə saxlanılıb.

V.Hüseynov deyib ki, Aqrar Kredit və İnkişaf Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökümətin tətbiqi şöbəsi tərəfindən həmin fermerlərə bəzi sənədlər və aparılan monitorinqin nəticələri ilə bağlı məlumat verilib. Fermerlərin adı ödəniş qrafikinə daxil edilib və onlara subsidiya veriləcək.

V.Hüseynov qeyd edib ki, 2020-2021 -ci il payızlıq əkinlərə görə Elektron Kənd Təsərrüfatı sistemində elektron ərizəsi formalaşmış şəxslərin 92.06 faizinə artıq subsidiya ödənişi həyata keçirilib. Cəmi 7.94 faizi qalıbdır ki, onların da monitorinqlərinin nəticələri sistemə daxil olduqca ödənişləri həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

22-01-2021, 09:53 | Şahbuzda zəlzələ qeydə alınıb

Şahbuzda zəlzələ qeydə alınıb

Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

8-12-2020, 02:49 | Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar - FOTO

Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar - FOTO



Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə Ulu Öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra "Qurani-Kərim"dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb.

Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.