Mehdi Həsənov işgüzar vəzifə sahibidir
Su təsərrüfatının inkişafı əsas strateji sahələrdən biri olduğu üçün, bu sahənin inkişafına nail olmadan nə ərzaq bolluğuna, nə də ki, digər problemlərin həllinə nail olmaq mümkün deyil
Ölkəmizdə su təsərrüfatı əsas strateji sahələrdən biri olduğu üçün, son illər bu sahəni daha da inkişaf etdirmək qarşımızda duran əsas vəzifələrdən birinə çevrilib. Belə bir səbəb üzündən də, hal-hazırda bu sahənin inkişaf etdirilməsi, mövcud problemlərinin həlli və s. hər kəsdən əzmkarlıq tələb edir. Çünki, yaşadığımız ictimai həyatın bir sahəsi olaraq su təsərrüfatını inkişaf etdirmədən nə ərzaq bolluğuna, nə də ki, həlli vacib olan problemlərin həllinə nail ola bilərik. O halın varlığını da qeyd edək ki, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatını dolğun şəkildə ödəmək və s. qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti, məhz bu sahənin inkişafına yönəldildi. Ümumiyyətlə, su insan həyatında əvəzolunmaz nemət olmaqla bərabər, həm də ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas amillərdən biridir. Bir sözlə, suyun insan həyatında oynadığı rolun əhəmiyyətini heç nə ilə əvəz etmək olmaz. Onu da bildirək ki, su təsərrüfatının inkişafı ictimai həyatımızın varlığı üçün olduqca əhəmiyyət kəsb etdiyindiyindən, ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər müəssisələrin iş fəaliyyətləri haqda doğru-dürüst məlumatlar əldə etməyi, məhz zaman-zaman özümüz üçün borc bilmişik. Bu məqsədlə elə hallar olub ki, respublikamızın bəzi şəhər və rayonlarında olmuşuq və mövcud vəziyyət haqda doğru-dürüst məlumatları da əldə etmişik.
Sözsüz ki, respublikamızda su təsərrüfatının inkişaf etdirilməsi, məhz bu sahəyə cavabdehlik daşıyan qurum rəhbərlərinin atdıqları addımlardan, həyata keçirilən idarəçiliyin mahiyyətidən çox asılı olur. Belə idarələrdən biri də, Şəmkir rayonunun Dəllər qəsəbəsində fəaliyyət göstərən və Mehdi Müseyib oğlu Həsənovun rəhbərlik etdiyi Şəmkir Subartezian Quyularının İstismarı idarəsidir. Əldə etdiyimiz məlumatlara görə, 2019-cu ildən bugünkü vəzifəsinin icraasına başlayan Mehdi Həsənov, hazırda idarəçiliyini elə bir formada həyata keçirir ki, nəinki rayonun mərkəzi ərazilərində, hətta ucqar kəndlərində belə əhalinin su ilə təminatı, üzləşəcəkləri problemlər və s. daim diqqətdə saxlanılır. Bundan əlavə, rayonun iri yaşayış məntəqələrində, ucqar kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bərabər, yerli sakinlərin də su ilə təminatlarını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər həyata keçirilir. Sözsüz ki, belə bir yanaşma, problemlərin həlli yöndə atılan addımlar, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən Şəmkir Subartezian Quyularının İstismarı idarəsinin rəhbərliyinə verilən tapşırıqlar əsasında öz həllini tapır.
Onu da qeyd edək ki, Şəmkir Subartezian Quyularının İstismarı idarəsi ötən illərdə olduğu kimi, bu gün də Şəmkir rayonunun iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və hal-hazırda rayonun sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsində başlıca rol oynayır. Faktdır ki, Mehdi Həsənovun rəhbərliyi altında bu idarədə çalışan kollektiv üzvləri arasında yaradılmış sağlam mühitin varlığı, bacarıqlı və peşəkar kadrların önə çəkilmələri, hər kəsin əməyinin lazımınca qiymətləndirilməsi, problemli məsələlərin qarşılıqlı münasibətlər əsasında həll olunması, su təsərrüfatı üzrə peşəkar mütəxəssislərin önəmli vəzifələrə təyin olunmaları və s. haqda qərarı son anda idarə rəisi verir ki, bu da onun böyüklüyünü, müdrik şəxs olmasını göstərən amillərin varlığıdır. Digər tərəfdən, bugünə kimi ölkəmiz suvarma əkinçiliyi diyarı olaraq xüsusi ad-san çıxarıb və uzun illərdən bəri böyük zəhmət tələb edən, həmçinin külli miqdarda vəsaitlər hesabına su axınını bölüşdürən, tənzimləyən, eyni zamanda irriqasiya sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları, su anbarları yaradılmışdır ki, bu gün də onlardan səmərəli şəkildə istifadə olunmaqdadır. Onu da vurğulamaq yerinə düşər ki, belə bir kompleksin əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə, məhz onun şəxsi təşəbbüsü və yaxından köməyi sayəsində yaradılmışdır. Bəli, ölkəmizdə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını görən Ulu Öndər, zamanında bu sahənin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət vermiş, bu sahənin rolunu yüksək qiymətləndirmiş, hətta meliorasiya və su təsərrüfatının inkişafını diqqətdə saxlamış və bu yöndə aparılan işlərlə şəxsən maraqlanmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev də, məhz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkəmizin ərzaq probleminin həllində oynadığı rolun əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda “Meliorasiya və İrriqasiya haqqında” Qanunun 05 iyun 1996-cı il tarixdə qəbul edildiyini nəzərə alaraq, meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - “Meliorator günü” kimi qeyd olunması haqqında 24 may 2007-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncamın imzalanması cənab Prezidentin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, bu da hər il melioratorlar tərəfindən minnətdarlıqla qarşılanmaqdadır.
Hal-hazırda Mehdi Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Şəmkir Subartezian Quyularının İstismarı idarəsi, Şəmkir rayon sakinlərinin su ilə təminatlarının dolğun şəkildə ödənilməsində, rayonun iqtisadiyyatının hərtərəfli inkişaf etdirilməsində, məhsul bolluğunun yaradılmasında, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onu da bildirək ki, 2019-cu ildən düzgün və peşəkarlığa söykənən idarəçiliyini tətbiq etməklə strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edən Mehdi Həsənov, bugünə qədər saysız-hesabsız uğurlara imza atmış və indiyə kimi Şəmkirin inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Bütün bunlardan əlavə o, ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstək verən, yüksək texniki biliyə malik olan, qısa zaman kəsiyində düzgün qərar qəbul etməyi bacaran vəzifə sahibidir. O, olduqca sadə, hər kəsə qarşı yüksək insani münasibət nümayiş etdirməyi bacaran bir şəxsdir. Hər kəsə bəllidir ki, Şəmkir Subartezian Quyularının İstismarı idarəsinin rəisi rəhbəri olduğu kollektivin hər bir üzvünə, bir sözlə bütün insanlara diqqət və qayğı ilə yanaşır, problemlərinin həllinə dəstək olur və hər kəsin dövlətimizə və Prezidentimizə qarşı inam hissini artırmağa çalışır.
Bundan əlavə, Mehdi Həsənov yaradıcı və qurucu vəzifə sahibidir, mehribançılığı sevən bir şəxsdir. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə yüksək insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olur. Hazırda Şəmkir Subartezian Quyularının İstismarı idarəsinin rəisi vəzifəsini peşəkarlıqla yerinə yetirən Mehdi Həsənov, bu gün elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, hər kəsə bəlli olan həqiqətlərdir. Faktdır ki, Mehdi Həsənov sağlam təfəkkürə, sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
Bütün bunlara baxmayaraq, son günlər bəzi KİV nümayəndələri Mehdi Həsənova qarşı düşünülməmiş “səlib yürüşü”nə başlasalar da, uzun illər ərzində xalqımıza, dövlətimizə sədaqətlə, vicdanla xidmət edən və indiyə kimi bir çox vəzifələri daşımış bu şəxsə heç bir “qara ləkə” yapışmaz. Çünki, əqidəsi və başlıca amalı sağlam ideyalar üzərində formalaşan, özündə mənəvi və əxlaqi dəyərləri cəmləşdirən Mehdi Həsənov, bu gün atdığı addımları ilə bir çox vəzifə sahiblərinə nümunə ola bilər. Faktdır ki, hazırda qarşımızda daha böyük məqsədlər, strateji amallar durur və bu da hər bir vəzifə sahibindən öz işinə məsuliyyətlə yanaşmağı tələb edir. Əgər hər bir vəzifə sahibi Mehdi Həsənov kimi üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələrsə, o halda nəinki ümumi məqsədlərimizin həllinə nail ola bilərik, hətta dünyaya şölə saçan Azərbaycanımızın daha şan-şöhrətli bir dövlətə çevrilməsinə də nail ola bilərik.
Hazırladı: Şahin ORUCOV
Tarix: 16-05-2021, 08:01