10-10-2020, 09:43 | Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutur

Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutur


Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

18-09-2020, 15:16 | Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq

Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinə bildirir ki, sərəncamda deyilir:

"2020-ci ildə tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.

Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının "Əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:


1. Əqil Mehdiyevin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.

2. "Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilsin".

6-07-2020, 12:04 | Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən şəxs və qonaqları cərimələndi.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Karantin qaydalarının pozulmasına görə, 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

8-05-2020, 14:43 | ZAQATALA: YOL POLİSİ FƏALİYYƏTİNİ ŞƏRAİTƏ UYĞUN HƏYATA KEÇİRİR

ZAQATALA: YOL POLİSİ FƏALİYYƏTİNİ ŞƏRAİTƏ UYĞUN HƏYATA KEÇİRİR

Azərbaycan polis öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Daxili işlər orqanları əməkdaşları xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədilə rayon ərazisində, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.
Xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər. Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dəstək məqsədilə aksiyanı davam etdirirlər. Hələ əks-epidemik tədbirlərə start verildiyi ilk günlərdə yol polisi Zaqatala şəhəri ərazisində hərəkətdə olan avtonəqliyyat vasitələriniu saxlayıb, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək paylayırdı.
Dövlət Yol Polisi bölməsinin fəaliyyəti də daim şöbə rəhbərliyinin diqqət mərkəzindədir. İlin əvvəlindən bölmənin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər həyata keçirilmişdir. Qaydaları bu və ya digər şəkildə pozan hərəkət iştirakçıları barəsində inzibati protokol tərtib olunmuşdur. Təhlil göstərir ki, sükan arxasına sərxoş halda, sürücülük vəsiqəsi olmadan əyləşənlər, yol hərəkəti nişanlarına riayət etməyənlər hələ də var və onlara qarşı mübarizə günün başlıca vəzifəsidir.
Zaqatalada hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Zaqatala polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Obyektivlik onu sübut edir ki, ölkə polisi peşəkarlıq baxımdan xarici həmkarlarına uduzmur. Dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə isə bir örnək sərgiləyir.



9-03-2020, 05:40 | Naxçıvanda dərslər təxirə salındı


Ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

12-02-2020, 09:06 | Ana 9 yaşlı övladına işgəncə verib yandırdı - Azərbaycanda

Ana 9 yaşlı övladına işgəncə verib yandırdı - Azərbaycanda

Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.

Hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.