156 nəfər insanları qəsdən koronavirusa yoluxdurmaqda ittiham edilir
156 nəfər insanları qəsdən koronavirusa yoluxdurmaqda ittiham edilir


Çexiyada koronavirus pandemiyası dövründə polis 156 nəfər barəsində qəsdən xəstəliyə yoluxdurma ittihamı irəli sürüb.

Bu barədə ölkə Baş Prokurorluğunun hesabatında deyilir.

Həmin şəxslərin təqsiri sübut olunacağı təqdirdə 12 ilədək həbs cəzası verilə bilər.

Hesabata əsasən, 2020-ci ilin mart-may aylarında, pandemiyanın birinci dalğasında 14 nəfər insanları qəsdən yoluxdurmaqda şübhəli bilinib. 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinədək isə bu əməldə 142 nəfər ittiham olunub.

Çexiya qanunvericiliyinə əsasən, qəsdən yoluxdurma əməlinə görə 3 il həbs, fövqəladə rejim zamanı 8 il həbs cəzası verilir. Yoluxdurma nəticəsində 2 və daha artıq şəxsin ölməsi təqdirində 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Trend
Tarix: 3-06-2021, 06:45