COVID-19 pandemiyasının episentri Latın Amerikasına keçib
Hazırda Latın Amerikasında 4 milyondan çox təsdiqlənmiş COVID-19 xəstəsi qeydə alınıb.
Səhiyyə sahəsində çalışan ekspertlər yoluxanların sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu güman edirlər.
Ən mürəkkəb epidemioloji vəziyyət Braziliya, Peru və Çilidə müşahidə olunur. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, Braziliyada 960 mindən çox insanın koronavirus infeksiyasına yoluxduğu və 46 min 665 xəstənin öldüyü təsdiqlənib. Peruda 240 mindən çox yoluxma və 7 min 257 ölüm faktı, Çilidə isə 220 mindən çox yoluxma və 3 min 615 ölüm halı qeydə alınıb.
Peruda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən məhdudiyyətlər rejimi iyunun 30-dək uzadılıb. Son vaxtlar bu ölkədə hər gün 3700-ə yaxın insanın COVID-19 testi müsbət nəticələnir.AZƏRTAC
Tarix: 19-06-2020, 06:33