Rusiyada alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Orenburq vilayətində 30 nəfər saxta alkoqoldan zəhərlənmə nəticəsində öldü.
Bu barədə vilayətin Regional və İnformasiya siyasəti üzrə Nazirin müavini İnna Averkova deyib.
O bildirib ki, 23 nəfər xəstəxanalarda müalicələrini davam etdirir. Onardan beşi süni tənəffüs aparatlarına qoşulub. Özünü yaxşı hiss edən 8 xəstə evə buraxılıb və müalicələrini orada davam etdirirlər.
Trend
Tarix: 10-10-2021, 10:37