Misirdə yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq
Misir ayın sonuna qədər 12-18 yaş yeniyetmələr arasında yeni koronavirusa qarşı vaksinasiyaya başlayacaq.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
Nazirliyin nümayəndəsi bildirib: "Nazirliyin peyvəndlərin təhlükəsizliyi və effektivliyi sahəsində araşdırmaları başa çatmaq üzrədir və bu yaş qrupu arasında vaksinasiya oktyabr ayında başlayacaq".
Peyvəndlərin "Pfizer" şirkətinin dərmanı ilə edilməsi planlaşdırılır.
Tarix: 10-10-2021, 10:51