Fransada koronavirusa qarşı peyvəndin dördüncü dozası tövsiyə edilə bilər
Fransada koronavirusa qarşı peyvəndin dördüncü dozası tövsiyə edilə bilər


Fransada koronavirusa qarşı peyvəndin dördüncü dozası tövsiyə edilə bilər.

Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran jurnalistlərlə görüşdə hökumətin pandemiya ilə mübarizə üzrə planlarını təqdim edərkən deyib.

Onun sözlərinə görə, dördüncü dozanın tövsiyə edilməsi mümkündür.

"Vaksinasiyanın dördüncü dozası mümkündür. Biz bunun üzərində peyvənd kampaniyasına ilk başlayan İsrail və avropalı həmkarlarımızla birlikdə işləyirik", - deyə nazir bildirib.
Tarix: 28-12-2021, 09:09