Bu ölkədə inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb
Bu ölkədə inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb


İsveçdə inflyasiya apreldə 6,4 faizdən may ayında 7,2 faizə yüksəlib.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, bu İsveç Statistika İdarəsinin (SCB) məlumatlarında öz əksini tapıb.

Qeyd olunur ki, bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir. Beləliklə, İsveçdə inflyasiya 31 illik rekordu təzələyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, bahalaşma əsasən ət, süd, pendir və yumurta kimi ərzaq məhsullarını əhatə edib.

Rekord qiymət artımı bütün Avropada müşahidə olunur. Avrozonada illik inflyasiya may ayında 8,1 faizə qədər sürətlənib. Bu, ardıcıl yeddinci rekorddur - apreldə bu göstərici 7,4 faizə çatmışdır. Yaranan vəziyyət əsasən enerji daşıyıcılarının qiymətinin qalxması ilə əlaqələndirilir.
Tarix: 15-06-2022, 09:36