ÜST yeni xəstəliyin yayılmasına görə fövqəladə iclas keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin dünyaya yayılma təhlükəsini qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb.
oxu.az-a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O, qeyd edib ki, iclas cümə axşamı, iyunun 23-də baş tutacaq.
Məlumata görə, bu il 39 ölkədə 1600 təsdiqlənən və 1500 şübhəli meymunçiçəyinə yoluxma hadisəsi və 72 ölüm qeydə alınıb.
Tarix: 15-06-2022, 09:57