Almaniyadan YAŞIL İŞIQ: Şolts təklif edir ki, yeni ölkələr...
Almaniyadan YAŞIL İŞIQ: Şolts təklif edir ki, yeni ölkələr...



Almaniya kansleri Olaf Şolz yeni ölkələrin Aİ-yə daxil olma qaydalarını sadələşdirməyi təklif edir.

publika.az-a istinadən xəbər verir ki, DPA-ya müsahibə verən kansler deyib ki, gələcəkdə hər şeyi yekdilliklə həll etmək mümkün olmayacaq.


"Aİ-nin bütün 27 üzvü buna səs verməlidir. Amma uzun müddətdir ki, bu qaydanın yumşaldılması ilə bağlı müzakirələr gedir", - o bildirib.

Kansler bu məsələ ilə bağlı təkliflərini iyunun 23-24-də Aİ-nin Ukrayna, Gürcüstan və Moldovanın daxil olması üçün müraciətlərə baxılacaq növbəti sammitində təqdim etmək niyyətindədir.
Tarix: 20-06-2022, 07:00