Daha bir məşqçi müharibədə həlak oldu
Rusiya-Ukrayna müharibəsində idmançı və məşqçilər də həlak olurlar.
Respublica.Az publika.az-a istinadən xəbər verir ki, müharibənin növbəti qurbanı "Yunost" İdman Məktəbinin məşqçi-müəllimi Vsevolod Bodun olub.
Ukrayna yığmasının sabiq kapitanı Andrey Yarmolenko futbolda ilk addımlarını burada atıb.
Tammiqyaslı işğalın əvvəlində "Təlimçi" çağırış nişanı olan Vsevolod, mülki insanları mühasirədən çıxararaq aktiv könüllü fəaliyyətlər həyata keçirib. Çerniqov vilayətinin işğalından sonra bir müddət dinc həyata qayıdaraq, 2022-ci ilin sonunda Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub və 77-ci aviasiya briqadasının tərkibində ən qaynar nöqtələrdə tapşırıqları yerinə yetirib.
Baxmut yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən Vsevolodun bölməsi düşmənin artilleriya atəşinə məruz qalıb.
Onu da əlavə edək ki, Vsevolodun iki qız övladı vardı.
Tarix: 24-11-2023, 05:52