Qalmaqallı türk bu addımı ilə Vildersə ŞOK yaşatdı
Noyabrın 22-də Hollandiyada keçirilən növbədənkənar seçkilərdə qalib gələn ifrat sağçı və İslam əleyhdarı siyasətçi Girt Uildersin hökumət qurmaq ümidini türk əsilli Dilan Yeşilgöz puç edib.
Seçki nəticələrini dəyərləndirən Azadlıq və Demokratiya Xalq Partiyasının lideri Dilan Yeşilgöz seçkilərdə qalib gələn ifrat sağçı Vilderslə hökumət qurmayacaqlarına işarə edib.
"Koalisiya bizim üçün seçim deyil, amma məsuliyyətdən qaçmırıq. Biz asanlaşdırıcı və konstruktiv şəkildə yaxşı tədbirlər görən sağ mərkəzçi kabineti dəstəkləyəcəyik" - o deyib. Seçkidən əvvəl Vilderslə hökumət qura biləcəklərini bildirən Yeşilgözün bu açıqlama ilə Vildersin üzünə "qapını bağladığı" düşünülür.
Hökumət qurmaq üçün sağ partiyaların dəstəyinə ehtiyacı olan Vilders Yeşilgözün sözlərini "məyusluq" kimi qiymətləndirib.
Ətraflı
Mütəxəssislər koalisiya danışıqlarının son aylara qədər davam edəcəyinə inanaraq, Vildersin baş nazirliyinin onun ifrat sağçı ritorikasını yumşaltmasından asılı olacağına inanırlar.
Bundan başqa, Hollandiyanın bir çox şəhərlərində Vildersə qarşı etirazlar keçirilir.
Qeyd edək ki, Ankara əsilli Dilan Yeşilgöz seçkilərdə qalib gələcəyi təqdirdə Hollandiyanın ilk qadın baş naziri olacaqdı. O, türklərə qarşı düşmənçiliyi ilə tanınır. 1984-cü ildə Hollandiyaya qaçan PKK terrorçusu Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli millət vəkilindən biri olub. Türk və hicab düşmənliyi ilə tanınan Dilan Yeşilgözün əcdadlarının separatçı, kürdləri qətlə yetirən ermənilər olduğu, ancaq kürdlərdən dəstək almaq üçün özünü kürd kimi təqdim etdiyi iddia edilir. //musavat.com
//
Tarix: 26-11-2023, 18:10