Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlandı
Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlandı


Qəzza zolağında BMT-nin 136 əməkdaşı həlak olub.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş "X" səhifəsində paylaşım edib.

O bildirib ki, BMT əməkdaşlarının çoxu evlərini tərk etmək məcburiyyətində qalıblar, bu isə görünməmiş haldır:

"Onlara və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə hörmət edirəm".

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

Respublica.Az

Tarix: 23-12-2023, 09:32