Vuçiç xalqa müraciət edəcək
Vuçiç xalqa müraciət edəcək


Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.

Respublica.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Veçernje novosti" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.

Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər

Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəh edib, məşəllər yandırıblar.

Respublica.Az

Tarix: 25-12-2023, 05:31