Yuxarı Larsda daha bir məntəqə bağlandı
Yuxarı Larsda daha bir məntəqə bağlandı


Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolunun ikinci hissəsi də bağlanıb.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Qeyd edək ki, bundan öncə Qudauri-Kobi məntəqəsi bağlanmışdı.

Respublica.Az


Tarix: 25-12-2023, 05:36