Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennett
Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennett



Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennett bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında "qidalandırır":

"Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməməsi üçün İsraili dəstəkləməlidir".

Respublica.Az





Tarix: 25-12-2023, 06:03