Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı təhqiqat başa çatıb
Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb.
Bunu ədliyyə naziri - baş prokuror Merrik Qarlend ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının hüquq komitələrinin rəhbərlərinə ünvanladığı məktubda bildirib.
"Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb", - məktubda qeyd edilir. "Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokurorun hesabatından mümkün qədər çox məlumatı açıqlamaq niyyətindəyəm", - o əlavə edib.
Qarlend vurğulayıb ki, hesabatı, onun əlavələrini və xüsusi prokurorun məktubunu tezliklə Konqresə təqdim etmək niyyətindədir.
Tarix: 8-02-2024, 08:38