“"Ən pis ssenariyə hazırlaşmaq üçün maaş verilir” - NATO
“"Ən pis ssenariyə hazırlaşmaq üçün maaş verilir” - NATO


"NATO Rumıniyanın və ya digər müttəfiq ölkələrin təhlükəsizliyinə təhlükə görmür".

Bunu NATO Baş Katibinin müavini Mirça Coane Şimali Atlantika Şurasının milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilən iclasından sonra deyib.

"Biz Rumıniyanın və ya ittifaq ölkələrinin təhlükəsizliyinə təhlükə görmürük, lakin biz hərbi gücə və iqtisadi sabitliyə daha çox sərmayə yatırmağa ehtiyac görürük. Gəlin açıq deyək: hərbi rəhbərlərimizə ən pis ssenariyə hazırlaşmaq üçün maaş verilir, bu, onların işidir. Bu ssenarilərdən qaçmaq siyasi liderlər kimi bizim borcumuzdur", - deyə, o bildirib.

Rumıniya mətbuatı xəbər verir ki, NATO baş katibinin müavini Müdafiə Qərargahının rəisi, general Vlad Qeorqitsin "Azad Avropa"nın Rumıniya bölməsinə bu yaxınlarda verdiyi müsahibəyə belə cavab verib.

Bu müsahibədə Ukraynadakı münaqişə kontekstində Rumıniya hərbi lideri bildirib ki, ölkə əhalisi və bütün Avropa hərbi münaqişəyə hazır olmalıdır. Məlumata görə, Müdafiə Nazirliyi 18-35 yaşlı gənclərin könüllü hərbi xidmət keçməsini nəzərdə tutan "Əhalinin müdafiəyə hazırlanması haqqında" qanun layihəsi hazırlayır.



Tarix: 9-02-2024, 09:18