Yanvar-aprel aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi açıqlandı
Yanvar-aprel aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi açıqlandı
Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 161,5 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin aprel ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq, 40,1 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib. //milli.az/
Tarix: 10-05-2024, 10:36