Piterdə çaya düşənlər üçün suya atılan 3 müsəlman...
Batan sərnişinlərin köməyinə ilk gələn gənclər İdris İsmatulla oğlu Hacıyev, Şahban Cəbrayıl oğlu Cəbrayılov və Məhəmməd Ramazan oğlu Həsənovdur. Onların hamısı Dağıstandandır.
axar.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı Biysultan Həmzəyev öz Teleqram kanalında Sankt-Peterbirqda çaya düşən avtobus haqda qeyd edib.
Deputat bildirib ki, hər 3 gənc tikinti sənayesində işləyir, həmin vaxt da cümə namazına gedirlərmiş.
İdris Hacıyev Rusiya mediasına bildirib ki, öz hərəkətini qəhrəmanlıq hesab etmir:
"Biz məscidə cümə namazına gedirdik və körpüyə çatmazdan əvvəl avtobusun kanala düşdüyünü gördük. Tez yuxarı qaçdıq. Artıq suya atılmamaq variantı yox idi, çünki vəziyyət elə idi ki, insanlara 100% kömək etmək lazım idi. Bu qəhrəmanlıqdır? Məncə, yox, inanıram ki, hər bir insan çətinliyə düşən insana kömək etməlidir. Bacardığımız qədər kömək etdik".
Qeyd edək ki, qəza nəticəsində avtobusda olan 20 sərnişindən 6-sı ölüb.
Rusiya mediası avtobus sürücüsünün tacikistanlı 44 yaşlı Rəhmətşah Qurbanov olduğunu yazıb.
Milli.Az
Tarix: 11-05-2024, 08:19