Bu ölkənin keçmiş baş naziri koronavirusa yoluxaraq vəfat edib
Sudanın keçmiş baş naziri, müxalifət "Ümmət" partiyasının lideri Sadik əl-Mehdi koronavirusdan vəfat edib.
Bu il noyabrın əvvəlində Sadik əl-Mehdidə koronavirus aşkarlanıb.
84 yaşlı partiya sədrinin çərşənbə günü səhhəti pisləşib. Al-Arabiya telekanalının məlumatına görə, keçmiş baş nazir BƏƏ-də dünyasını dəyişib.
Xatırladaq ki, Sadiq əl-Mehdi iki dəfə Sudanın Baş naziri (1966-1967 və 1986-1989) olub. O, Ömər əl-Bəşirin hakimiyyətdə olduğu illərdə Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri idi.
Tarix: 26-11-2020, 09:55