Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 185 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 558 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 439 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 494 351 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 4 015 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 400 242 nəfər təşkil edir. Trend
Tarix: 30-11-2020, 11:50