Fransada quşçuluq təsərrüfatlarında minlərlə ördək məhv edilib

Fransada quşçuluq təsərrüfatlarını "quş qripi" bürüyüb. Bu təsərrüfatlarda ölüm səviyyəsi yüksəkdir.
Fransa Kənd təsərrüfatı Nazirliyi bu haqda məlumat yayıb.
Bildirilir ki, Land (Landes) departamentində ördək fermasında 6 min ördək məhv edilib. Quşçuluq zonalarında 10 kilimetr məsafədə sanitar qaydalara ciddi riayət olunması tələb olunur. Avropada vəhşi faunada "quş qripi"nin köçəri quşlar vasitəsilə geniş yayıldığı diqqətə çatdırılıb.
Tarix: 9-12-2020, 02:39