COVID-19 peşə xəstəliyi sayılacaq - Türkiyədə
COVID-19 peşə xəstəliyi sayılacaq - Türkiyədə


COVID-19-un peşə xəstəliyi sayılmasını ehtiva edən layihə qısa müddətdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Bağlı Prezident Rəcəb Tayyib Ərdoğan təlimat verib.

R.T.Ərdoğan Nazirlər Kabinetinin son iclasında Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq ilə Səhiyyə naziri Fəxrəddin Kocadan layihə ilə bağlı hesabat istəyib.

Nazirliklər hesabatı növbəti iclasda prezidentə təqdim edəcək.

Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyindən verilən məlumata görə, kadrlı səhiyyə işçiləri üçün belə qərar mövcuddur. Növbəti qərar müqavilə əsasında işləyənləri əhatə edəcək. (publika.az)
Tarix: 18-12-2020, 06:05