Merkel Aİ sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir
Almaniya hökuməti Avropa İttifaqının Böyük Britaniya üçün uçuş qadağası tətbiq etməsini istəyir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin nazirlər kabinetindən bildirilib.
Rəsmi Berlin qadağaların 21 dekabrdan 6 yanvaradək qüvvəyə minməsini dəstəkləyir.
Bildirilir ki, hələ Aİ-yə dəniz yolu və La-Manş kanalı ilə girişə icazə verilib-verilməyəcəyi sualı açıq qalır. Beləliklə, Almaniya Böyük Britaniyada koronavirus mutasiyasının meydana gəlməsinə öz reaksiyasını göstərib.
Almaniyanın kansleri Angela Merkel bildirib ki, gün ərzində bu barədə Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparacaq.
Tarix: 21-12-2020, 06:49