ABŞ-da baş verən partlayışın törədilməsində yerli sakin şübhəli bilinir
#DÜNYADA#ABŞ
ABŞ-da Tennessi ştatının polisi Neşvil şəhərinin mərkəzində furqon avtomobilin partladılmasında yerli sakin Entoni Kuin Vorneri şübhəli hesab edir.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fox News xəbər verib.
Bildirilir ki, səlahiyyətlilər avtomobilin Vornerə məxsus olduğunu və böyük ehtimalla partlayış zamanı öldüyünü düşünürlər.
Vorner elektronika mütəxəssidir. Onun partlayışın törədilməsinin mümkün səbəbləri barədə məlumat hələ verilməyib.
Tarix: 28-12-2020, 09:46