Yaponiyada vulkan püskürməsi başlayıb
Yaponiyada vulkan püskürməsi başlayıb

Yaponiya hökuməti ölkənin cənub-qərbindəki Suvanose adasında Otake vulkanının püskürməsi ilə əlaqədar bir böhran qərargahı qurub. Vulkanın dərinliklərində partlayışlar baş verir, isti daşlar kül buludları ilə birlikdə kraterdən 1,3 km-ə qədər məsafəyə atılır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

İtki və dağıntı barədə məlumat verilməyib.

Suvanose, 49 nəfər əhalisi olan kiçik bir adadır. Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşir. Son dəfə vulkan 2009-cu ildə püskürüb.
Tarix: 28-12-2020, 10:06