Şahzadə Harrinin keçmiş sevgilisi intihar etdi
Məşhur İngilis televiziya aparıcısı Kerolayn Flek intihar edib.
40 yaşlı qadının meyiti Londondakı mənzildən aşkar edilib. Bu barədə məlumatı "The Sun" yayıb.
Fleyk 27 yaşlı sevgilisi Lyuis Bartona təcavüz ittihamı ilə gələn ay mühakimə olunmalı idi. Aparıcı günahsız olduğunu iddia etdiyinə baxmayaraq keçən ilin dekabrında sevgilisinə xəsarət yetirdiyi ilə bağlı məlumat yayıldıqdan sonra çalışdığı İTV kanalından qovulub.
Qeyd edək ki, 2009-cu ildə Kerolayn Flek Şahzadə Harri ilə sevgi münasibətində olub. Ancaq şahzadə və TV ulduzunun münasibətləri haqqında məlumatlar mediada yayıldıqdan sonra onlar ayrılmaq məcburiyyətində qalıblar.
Tarix: 17-02-2020, 12:47