Türkiyə sahillərində zəlzələ qeydə alınıb

Egey dənizində, Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) xəbər verb.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:49-da qeydə alınıb. Yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu sahillərində, ocağı isə 7,08 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Tarix: 23-04-2021, 08:23