Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirləri qadağan ediləcək
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirləri qadağan ediləcək


Malayziya hakimiyyəti ölkə daxilində sərbəst hərəkətə qadağa qoyacaq. Həmçinin ölkədə koronavirusa yoluxanların sayının artması fonunda kütləvi sosial və iqtisadi tədbirlərin çoxu dayandırılacaq.

Bu barədə The Straits Times qəzeti Malayziya Müdafiə naziri İsmayıl Sabri Yakoba istinadən xəbər verib.

Nazir bildirib ki, məhdudiyyətlər mayın 10-dan iyunun 6-dək qüvvədə olacaq, lakin iki həftə sonra qərar yenidən nəzərdən keçirilə bilər: "Polisin xüsusi icazəsi olmadan ölkə daxilində - şəhərlər, rayonlar və əyalətlər arasında hər hansı bir hərəkət qadağandır".

Onun sözlərinə görə, bu dövrdə təhsil, iqtisadiyyat sahələrində da daxil olmaqla toy, əyləncə və digər kütləvi tədbirlərin keçirilməsi qadağandır. Trend



Tarix: 9-05-2021, 08:38