BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar iclas keçirəcək
BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası bu gün Şərqi Qüdsdə fələstinlilərlə İsrail polisi arasında yaşanan qarşıdurmalar ətrafında vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən xəbər verir.

Mənbələrin məlumatına əsasən, iclasın keçirilməsinin təşəbbüskarları qismində Tunis, İrlandiya, Çin, Estoniya, Fransa, Norveç, Niger, Sent-Vinsent və Qrenadin və Vyetnam çıxış ediblər.
Tarix: 10-05-2021, 09:29