22-10-2021, 09:26 | Türkiyədə sutka ərzində koronavirusdan 198 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 213 nəfər test edilib, onların 28 465-nin koronavirus testi pozitiv nəticə verib, 29 160 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 114 807 774 peyvənd tətbiq edilib ki, bunun 88,71 faizi birinci, 77,04 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
22-10-2021, 09:24 | ABŞ İranla birbaşa danışıqlara hazırdır

ABŞ İranla nüvə sazişi üzrə birbaşa danışıqlara hazırdır.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.
C.Fayner bildirib: "(İranla - red.) birbaşa danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirdik. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: biz qarşılıqlı etimad prinsipi əsasında danışıqlara qayıtmağa hazırıq".
O əlavə edib ki, ABŞ və İran arasında, xüsusən də Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etməyin nə demək olduğu ilə bağlı fikir ayrılığı hələ də mövcuddur.
22-10-2021, 09:13 | Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib

İqlim dəyişikliyi bəşəriyyətin varlığı üçün təhlükədir, qlobal temperaturun 1,5 dərəcədən çox artması geri dönülməz nəticələrə səbəb ola bilər.
Bu barədə Baltimor şəhərində (Merilend ştatı) ictimaiyyət nümayəndələri ilə görüşü zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.
C.Bayden bildirib: "İqlim dəyişikliyi bəşəriyyət üçün təhlükədir. ABŞ Prezidenti Donald Tramp İqlim üzrə Pairs Sazişindən çıxıb. Barak Obama administrasiyasında olduğum müddətdə bu razılaşma üzrə müzakirəsini yardım edirdim. Əgər temperaturun 1,5 dərəcədən yuxarı (artmasına- red.) çatsaq, biz yox olacağıq. Bu zarafat deyil. (Prezident kimi -red.) etdiyim ilk iş sazişə yenidən qoşulmaq oldu".
ABŞ Prezidenti Qlazqoda keçiriləcək iqlim konfransında 2035-ci ilə qədər elektrik enerjisinin istehsalı zamanı sıfır tullantıya nail olmaq üzrə öhdəlikləri açıqlayacaq: "Lakin biz 203-cu ilə qədər çox iş görməliyik".
C.Bayden həmçinin iqlim gündəliyinin məqsədlərinə nail olmaq və ekoloji problemləri həll etmək üçün vergi güzəştlərinin təklifi imkanının da olduğunu vurğulayıb.
Trend
22-10-2021, 09:10 | Britaniyada koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 52 009 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 641 221 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 115 nəfər, hazırkı dövrədək isə 139 146 nəfər vəfat edib.
22-10-2021, 09:09 | Kraliça II Elizabet gecəni xəstəxanada keçirib

Böyük Britaniyanın Kraliçası II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv etdikdən sonra oktyabrın 21-nə keçən gecəni xəstəxanada keçirib.
Bu barədə Bukinqem sarayının məlumatında deyilir.
Məlumatda bildirilir: "Həkimlərin bir neçə gün istirahət barədə tövsiyələrini əməl edərək, Kraliça çərşənbə günü ilkin tibbi müayinə üçün xəstəxananı ziyarət edib və bu gün nahar vaxtı Vindzor sarayında qayıdıb. O, yaxşı əhval-ruhiyyədədir".
Qeyd edək ki, oktyabrın 20-si II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv edib. Həkimlər ona növbəti bir neçə günü sakit rejimdə keçirməyi tövsiyə edib.
21-10-2021, 13:01 | Ərdoğan haqlıdır, ancaq imkan verməyəcəklər - Suhankin

Düşünürəm ki, belə bir islahata ehtiyac var. Son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verdi və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir.
Bu sözləri Axar.az-a Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin eksperti, Barselona Beynəlxalq Araşdırmalar İnstitutunun üzvü Sergey Suhankin BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.
Onun sözlərinə görə, BMT-nin indiki vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı dövrə daha çox uyğundur, nəinki XXI əsrə:
"Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən, Türkiyə, Hindistan və Yaponiyanın (bir neçə başqasının da adını çəkmək olar) kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. Türkiyə Prezidenti gizli bir motivi olmuş olsa da, bu məsələdə haqlıdır. Dünyada sürətlə artan islam əhalisi açıq şəkildə BMT Təhlükəsizlik Şurasında təmsil olunmur, bu problem qlobal bir institusional səviyyədə həll edilməlidir. İslam dünyasındakı bu narahatlıq aradan qaldırılmalıdır, ancaq təkcə veto mexanizminin dəyişdirilməsinin ideal bir vasitə olduğuna əmin deyiləm - bu ayrı bir müzakirə mövzusudur".
Mütəxəssis hansı ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri səviyyəsinə yüksəlməli olduğundan da danışıb:
"Türkiyə bu siyahıda olmalıdır, potensial olaraq İran da siyahıya daxil edilə bilər (bu addım müxtəlif səbəblərdən əhəmiyyətli olardı). Siyahıya Hindistan, Yaponiya, Almaniya və Braziliyanı da əlavə etmək olar. Daimi üzv olaraq BMT TŞ-də bir Afrika ölkəsinin (Qara Afrika) təmsil olunması da yaxşı olardı, lakin bütün regional oyunçuların qarşılaşdıqları çətinliklərin sayı və xarakterini nəzərə alarsaq, belə bir seçim masadan kənarda görünür", - deyə ekspert bildirib.
Mütəxəssis sözügedən dəyişikliklərin yaxın gələcəkdə baş tutacağından əmin olmadığını da vurğulayıb:
"Rusiya da daxil olmaqla, bəzi aktorlar, onlara "dost olmayan" dövlətlərin veto hüququna malik daimi üzvlər sırasına daxil edilməsinə qarşı çox mənfi mövqe tutacaqlar".
21-10-2021, 12:27 | Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 411 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 680 182, xəstəlikdən ölənlərin sayı isə 9 617 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 622 154 nəfərin sağaldığı bildirilir.
21-10-2021, 11:59 | Pentaqon rəsmisi GİZLİNLƏRİ AÇDI: Türkiyə savaşa başlayır, artıq Rusiya...

ABŞ-da Federal Tədqiqatlar Bürosuna (FTB) yaxınlığı ilə tanınan Maykl Rubin Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirmək məsələsində qərarlı olduğunu bildirib.
,son günlərin ən çox danışılan mövzularından biri olan Suriya əməliyyatını müzakirə edən keçmiş Pentaqon rəsmisi "Washington Examiner"də dərc etdiyi məqalədə Türkiyənin savaş mövzusunda qətiyyətli göründüyünü ifadə edib:
"Son günlər Rəcəb Tayyib Ərdoğan hökuməti həm Moskvaya, həm də Vaşinqtona yeni bir əməliyyat başlatmaqla bağlı siqnalları verdi. Bu səbəbdən Rusiya qüvvələri Suriyadakı mövqelərinin bir qismini artıq boşaldıb. Bayden bir neçə gün ərzində Yaxın Şərqdəki ilk böyük sınağı ilə üzləşə bilər".
Suriyadakı əməliyyatın "macəraçılıq" olacağını iddia edən və Türkiyəyə məsləhət verməyə çalışan Rubin ABŞ Prezidenti Co Baydeni YPG terror təşkilatına yardımı artırmağa çağırıb: "Bayden üçün alternativ strategiya "kürdlərə" yardımı (PYD-YPG) ikiqat artırmaq və bəlkə də bölgədəki Amerika hərbi varlığını gücləndirmək ola bilər".
Publika.az
21-10-2021, 08:58 | Tramp sosial şəbəkələrə qayıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "TRUTH Social" şəbəkəsinin açılacağını açıqlayıb.
D.Tramp deyib: "Böyük texnologiyaların zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) şirkətini yaratdım".
ABŞ-ln keçmiş prezidenti tezliklə "TRUTH sosial şəbəkəsində həqiqəti" dərc edə biləcəyinə görə sevincini ifadə edib:
"Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük Texnologiyalara qarşı mübarizə aparacağam"
Trend
21-10-2021, 08:52 | Saakaşvili xəstəxanaya yerləşdirilmək istəyir

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır.
Bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. O, siyasətçinin nə zaman xəstəxanaya yerləşdiriləcəyini bilmədiyini söyləyib:
"Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır. Detallar səhiyyə və ədliyyə nazirlikləri ilə müzakirə olunacaq. Sabah, yaxud biri gün, onun nə zaman xəstəxanaya aparılacağını biləcəyik. Bununla belə, bu o demək deyil ki, Saakaşvili aclığı dayandırır".
Kipşidze əlavə edib ki, Saakaşvilinin klinikada nə qədər qalacağı məlum deyil.
qafqazinfo"-


















