Gəncədə qadın özünü binanın 3-cü mərtəbəsindən atıb
Gəncədə intihara cəhd olub.
Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Orta yaşlı qadın həmin ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 20-09-2021, 06:34