Trampın “sevimli əsgəri” Ukraynanın ABŞ-dakı yeni səfiri ola bilər

Ukraynanın ABŞ-dakı yeni səfiri vəzifəsinə mümkün namizədlərdən biri Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa ola bilər.
Respublica.az xəbər verir ki, bu barədə “RBC-Ukraina”ya hakimiyyət strukturlarındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, Palisa bu vəzifəyə namizəd kimi nəzərdən keçirilir. Lakin digər təfərrüatlar açıqlanmayıb.
Pavel Palisa ukraynalı hərbçidir və 2024-cü ilin noyabrından Ukrayna Prezident Ofisi rəhbərinin müavini vəzifəsini tutur. Bu təyinata qədər o, 93-cü müstəqil mexanikləşdirilmiş "Xolodnıı Yar" briqadasına rəhbərlik edib və Rusiya-Ukrayna münaqişəsinin ilk illərindən döyüş əməliyyatlarında iştirak edib.
Xidmətlərinə görə Palisaya "Qızıl Ulduz" ordeni təqdim olunmaqla Ukraynanın Qəhrəmanı adı verilib.
Prezident Ofisində o, milli təhlükəsizlik və müdafiə məsələlərinə, hərbi rəhbərliklə qarşılıqlı əlaqəyə, həmçinin ölkənin müdafiə sektorunun inkişafı sahəsindəki layihələrə cavabdehdir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Palisanı Ukraynadakı “sevimli əsgəri” adlandırıb.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanın Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. (Musavat.com)
Respublica.az
Tarix: Dünən, 08:46



















