Gəncədə ana və oğlunu avtomobil vurub
Gəncədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən ana və oğlunu vurub. Onların hər ikisi xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 22-09-2021, 06:23