Traktorla 14 yaşlı bacılarının üstündən keçdilər - VİDEO
Antalyanda miras uğrunda iki qardaş və bacı arasında dava qanla bitib.
Traktoru bacılarının üstünə sürən qardaşların bu vəhşiliyi telefonların kameralarına düşüb. Əri öldüyü üçün 14 yaşlı qızı ilə yaşayan Emine Çetin qardaşını ziyarət etmək üçün qızını özü ilə aparıb. Orada öyrənib ki, 9 qardaşa miras qalan və 7 ildir paylaşılmayan ərazidə işlər aparılır.
Bu zaman qardaşları ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı qardaşları traktor sürərək Emine Çetinin üstündən keçiblər. Yaşlı qadın xoşbəxtlikdən xilas olub. İddialara görə, bu hadisədən sonra iki qardaş bacısının saçlarını yolub, 14 yaşlı qızının telefonunu sındıraraq döyüblər. Emine Çetin qardaşlarından polisə şikayət edib.
Tarix: 9-10-2021, 09:11