Azərbaycanda tikintidə bədbəxt hadisə - Fəhlənin qolu qopdu
Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton" zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.
E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
report
Tarix: 9-10-2021, 09:57