Abşeronda üç avtomobil toqquşub, xəsarət alan va

Masazır qəsəbəsində yol qəzası zamanı 1 nəfər xəsarət alıb.
Hadisə Əliağa Vahid küçəsində baş verib.
Belə ki, "Vaz 2106" markalı nəqliyyat vasitəsinin sürücüsü sola manevr edərkən qəfil onunla üzbəüz hərəkətdə olan "Vaz 2107"-nin sürücüsü idarəetməni itirərək manevr etmək istəyən maşına çırpılıb. Zərbənin gücündən "Vaz 2106" hərəkətdə olan "Niva"-ya çırpılıb.
Qəza nəticəsində "Vaz2106"-nın sürücüsü xəsarət alıb.
Fakt araşdırılır.
(APA)
Tarix: 22-10-2021, 09:00