14 yaşlı qızın qatil "əri": "Sadəcə onu..."
14 yaşlı qızın qatil "əri": "Sadəcə onu..."


28 yaşlı Alim Sadiqov qaçırdığı Aytac Şahmarovanı qəsdən öldürmədiyini deyib.

News24.az-a istinadən xəbər verir ki, Rustavi şəhər məhkəməsində baş verənləri danışan Sadiqov, iddia edib ki, qeydiyyatda olan silahın pnevmatik olduğunu düşünüb.

O həmçinin, qızın anasının onu aldatığını da iddia edib:


"Hadisədən çox təssüflənirəm, amma qəsdən olmayıb, qəsdən adam öldürməyi qəbul etmirəm.

Sadəcə onu yaralayacağımı düşündüm və qanı görəndə qorxdum və qaçdım. Düşündüm ki, silah pnevmatikdir və yalnız səs verir. Mən heç silah gəzdirməyi də bilmirəm, heç vaxt silahım olmayıb. Həyat yoldaşımın azyaşlı olduğunu da bilmirdim, anası mənə dedi ki, onun on səkkiz yaşı var", - deyə Alim Sadiqov bildirib.

Qeyd edək ki, qızı zorla ərə vermə və cinayət hadisəsi barədə polisə məlumat verməmək ittihamı ilə Aytac Şahmarovanın anası və dayısı da, Rustavi şəhər məhkəməsinin qərarı ilə həbs olunublar.

Məlumat üçün bildirək ki, Alim Sadiqova qarşı Cinayət Məcəlləsinin 11 prima 109, 143 və 236-cı maddələri ilə istintaq aparılır. 28 yaşlı A.S yetkinlik yaşına çatmayan şəxsi qaçırmaqda, ailə üzvünü qəsdən öldürməkdə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham edilir. Təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Tarix: 12-10-2023, 20:01