"Qış parkı"nda HADİSƏ: 75 minlik avtomobili vurub...
Bakıda avtomobil dayanacaqlarının birində 75 min manatlıq "Ford Mustanq" markalı avtomobili vuran şəxs hadisə yerindən qaçıb.
Respublica.Az baku.ws-ə istinadən bildirir ki, barədə şikayətçi Xəlilov Mirheydər Elşən oğlu məlumat verib.
Hadisə "Qış parkı"nın alt hissəsində yerləşən parkinqdə qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, 17 noyabrda avtomobilinə baş çəkərkən onun əzildiyini və təqribən 600 manat civarında zərər dəydiyini aşkarlayıb:
"Mən 2016-cı ildən ikinci avtomobilimi bu parkinqdə saxlayıram. Ancaq həftəsonları bu avtomobili idarə edirəm. Sonuncu dəfə 11 noyabrda avtomobilimə baxış keçirərkən heç bir əzik və vuruq olmayıb. Lakin 17 noyabrda yenidən avtomobilimə baxanda əzik və vuruqla rastlaşdım. Hadisədən sonra parkinqin müdriyyətinə çağırdım və onlar da avtomobilimin şəklini çəkdilər.
Lakin mənə heç bir cavab vermədikləri üçün parkinq rəhbərliyinin yanına getdim. Pərviz adlı şəxs məni başından etdi və avtomobilimə dəymiş ziyanın qarşılanacağı ilə bağlı müsbət söz demədi. Əksinə mənə dedi ki, get hara istəyirsənsə, şikayət elə".
Qeyd edək ki, 11 noyabr (vurulmamışdan əvvəl) və 17 noyabrda (vurulandan sonra) avtomobilinin görüntülərini təqdim edən şikayətçi "Qış parkı" parkinqi rəhbərliyinin ona qarşı ədalətsiz mövqe göstərdiyini bildirib.
Respublica.Az
Tarix: 24-11-2023, 06:09