Bakıda toydan çıxan ər və arvadı maşın vurdu
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Respublica.Az APA-ya istinadən bildirir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.
Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü Mirəziz Ramiz oğlu Heydərov və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Sevinc Nadir qızı Heydərovanı minik avtomobili vurub.
Yaralılar ağır vəziyyətdə özəl xəstəxanaların birinə yerləşdiriliblər.
M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb. S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.
Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Respublica.Az
Tarix: 26-12-2023, 09:21