4-12-2020, 13:13 | Bakıda ev yanıb

Bakıda ev yanıb

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

30-11-2020, 14:30 | Bakıda 8 yaşlı qız özünü binadan atdı - TƏFƏRRÜAT

Bakıda 8 yaşlı qız özünü binadan atdı - TƏFƏRRÜAT

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atıb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, intihar edən qızın atası Vahid Nadirov evə mütəmadi olaraq sərxoş halda gəlib. Bunun fonunda V. Nadirov öz həyat yoldaşını döyüb, qızını isə otağına kilidləyib.

F. Nadirovanın intihar etməmişdən öncə otağına bağlandığı ehtimal edilir.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.(mediapost)

30-11-2020, 12:10 | Bakıda 8 yaşlı qız özünü binadan atdı - TƏFƏRRÜAT

Bakıda 8 yaşlı qız özünü binadan atdı - TƏFƏRRÜAT

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atıb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, intihar edən qızın atası Vahid Nadirov evə mütəmadi olaraq sərxoş halda gəlib. Bunun fonunda V. Nadirov öz həyat yoldaşını döyüb, qızını isə otağına kilidləyib.

F. Nadirovanın intihar etməmişdən öncə otağına bağlandığı ehtimal edilir.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.(mediapost)

30-11-2020, 11:46 | Bakıda hosteldə baş verən yanğın söndürülüb

Bakıda hosteldə baş verən yanğın söndürülüb

Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada baş vermiş yanğın saat 05:00-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınla əlaqədar əlavə məlumat veriləcək.

---------

04:52

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

27-11-2020, 09:48 | Bakı sakini küçədə qətlə yetirildi

Bakı sakini küçədə qətlə yetirildi

Noyabrın 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

26-11-2020, 14:52 | Yevlaxda oğurluq edən qrup üzvləri saxlanılıb

Yevlaxda oğurluq edən qrup üzvləri saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində noyabr ayında şirkətə məxsus təmir-tikinti alət və avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, noyabr ayının 18-də Yevlax RPŞ-yə "Kaskad Hidro" şirkətinə məxsus 6000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Vüsal Nəsibov, Mingəçevir şəhər sakinləri Elşad Məmmədov və Vahid Hacıyev saxlanılıb. Dindirilmə zamanı hər üç şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Oğurlanmış əşyaların yeri müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

26-11-2020, 09:57 | Tanınmış aparıcı Lalə Azərtaşa itki üz verib

Tanınmış aparıcı Lalə Azərtaşa itki üz verib

Tanınmış aparıcı Lalə Azərtaşa itki üz verib.

Aparıcının xalası vəfat edib. Bu barədə Lalə özü "İnstagram" hesabında məlumat verib. O, xalasının fotosunu paylaşaraq:

"Həyat çox qəribədir. Bu gün Kəlbəcərin günüdür deyə yuxudan fərqli sevinclə oyanacam deyirdim...Oyandım da! Sonra bildim ki, sən demə bu təqvim həm də tək xalamın dünyasını dəyişdiyi gün olacaq! Oldu da! Dəfn etdik!. Allahdan rəhmət diliyirəm. Şəhidlərimiz, yarım qalan arzular, gözüyaşlı analar gözüm önündən getmirdi! Amma müharibənin qəddar qanunları var!. Müharibədə yas saxlamazlar!. Kəlbəcər qayıtdıgı gun yas saxlamazlar! Ona görə ürəyi parçalanmış amma Kəlbəcər sevgisinin üstün gəldiyi üçün bu gün Əsgər Salamı verməyə bilməzdim!. Nə yaxşı ki, Agdam bizimdir deyə bildik sənə!. Nə yaxşı ki!.Və başsaglıgı verib, dərdimizə şərik olanlar çox sag olun. Ölkədəki Covid 19 bəlası üzündən yas mərasimi keçirməyəcəyik!. Bir daha hər kəsə təşəkkür, Allah ölənlərinizə rəhmət eləsin" sözlərini yazıb. (big.az)

26-11-2020, 09:50 | Bakıda fərdi ev yanıb

Bakıda fərdi ev yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 123 m² olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

25-11-2020, 12:58 | Neftçalada zəlzələ olub

Neftçalada zəlzələ olub

Neftçala rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

25-11-2020, 12:55 | Bakıda gənc oğlan bibisini evində öldürdü - İş məhkəməyə göndərilib

Bakıda gənc oğlan bibisini evində öldürdü - İş məhkəməyə göndərilib

Bakının Sabunçu rayonunda bibisini öldürməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əliövsəd Abasovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyulun 17-də saat 17 radələrində Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Orxan Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan edilib.(teleqraf.com)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.