4-08-2026, 09:00 | İmişlidə zəlzələ oldu

İmişlidə zəlzələ oldu


İmişlidə zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub.

Zəlzələ hiss edilməyib.

Respublica.az

3-08-2026, 06:24 | SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - (Foto)

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - (Foto)


SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb.

Respublica.az Gununsesi.info-ya istinadla xəbər verir ki, həbs edilən şəxslərdən biri "Səs" qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır.

Məlumat üçün bildirək ki, E. Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E. Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Respublica.az]


2-08-2026, 19:59 | Dərədə köməksiz qaldı - FHN xilas etdi

Dərədə köməksiz qaldı - FHN xilas etdi


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.

Respublica.az

2-08-2026, 10:28 | İkram Kərimov vəfat etdi

İkram Kərimov vəfat etdi


Uzun illər məhkəmə sədri olmuş, hazırda Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının Sədri, "Ədalət" Vəkil bürosunun vəkili İkram Kərimov vəfat edib.

Respublica.az xəbər verir ki, İkram Kərimov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İkram Kərimov 18 aprel 1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1966-1978-ci illərdə Bakı şəhərinin Yasamal, Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Xəzər rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini - İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

İkram Kərimov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib və Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilib.

Respublica.az

1-08-2026, 09:52 | "Xəstəxanaya düşməzdən əvvəl vəsiyyətini ailəsinə demişdi" - Nəriman Həsənzadənin köməkçisi

"Xəstəxanaya düşməzdən əvvəl vəsiyyətini ailəsinə demişdi" - Nəriman Həsənzadənin köməkçisi


Xəbər verdiyimiz kimi, Xalq şairi Nəriman Həsənzadə vəfat edib.

Şairin köməkçisi Arif Mehmandost Musavat.com-a açıqlamasında bildirib ki, N. Həsənzadə gecə saat 00:00 radələrində dünyasını dəyişib.
"Neçə gün idi ki, reaksiyası yox idi. Danışa bilmirdi. Artıq başa düşmüşdük ki, vəziyyəti yaxşı deyil", – deyə o bildirib.

Arif Mehmandostun sözlərinə görə, Xalq şairi xəstəxanaya yerləşdirilməzdən əvvəl ailəsinə son vəsiyyətini də edib.

"Vəsiyyətini xəstəxanaya düşməzdən əvvəl ailəsinə açıqlamışdı", – deyə şairin köməkçisi qeyd edib.

O, şairlə vida mərasiminin harada keçiriləcəyinin hələ açıqlanmadığını deyib.

Respublica.az

12-04-2026, 06:54 | Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb


Aprelin 10-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Respublica.Az

7-02-2026, 09:20 | Tovuzda yanğın - Evdən kişi meyiti tapıldı

Tovuzda yanğın - Evdən kişi meyiti tapıldı


Tovuzda yanğın hadisəsi baş verib.

Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

25-08-2025, 11:15 | Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb

Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb


Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

Dünən saat 10 radələrində Qobustan rayonu Ərəbqədim kənd sakinləri 2010-cu il təvəllüdlü E.Cavadlı, 2007-ci il təvəllüdlü T.Cavadov, 1992-ci il təvəllüdlü R.Cavadlı Pirsaat çayının rayonun Poladlı kəndi ərazisindən keçən hissəsində çayda boğularaq ölüblər

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

25-08-2025, 11:07 | "Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib

"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib


"Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

25-08-2025, 09:39 | Abşeronda azyaşlı faciəli şəkildə öldü

Abşeronda azyaşlı faciəli şəkildə öldü


Abşeron rayonunda faciəvi hadisə baş verib.

Jadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. /"Report"

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.