5-11-2022, 13:33 | Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir



ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, "Brent" neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 4,31% artaraq, 1 barelə görə 98,75 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 5,02% artaraq, 92,6 dollara yüksəlib.

26-08-2022, 11:16 | Neftimiz bahalaşır

Neftimiz bahalaşır


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 102,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,96 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,04 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

27-06-2022, 11:25 | Dünya bazarında neft neçəyədir?

Dünya bazarında neft neçəyədir?


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,19% artaraq 1 barelə görə, 113,34 dollar təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti 0,09% artaraq 107,72 dollara bərabər olub.


23-06-2022, 14:35 | Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq - Nazir

Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq - Nazir


Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınması üzrə tədbirlər görülür.

Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Müvafiq dövlət orqanlarına bu məsələnin həlli üçün tapşırıqlar verilib", - nazir deyib.

Onun sözlərinə görə, sahibkarlarla da müvafiq işlər aparılır.

"Sahibkarların öz məsuliyyətlərini başa düşməsi, vəziyyətdən sui-istifadə etməməsi lazımdır", - S.Şərifov bildirib.

28-12-2021, 09:41 | Manatın məzənnəsi

Manatın məzənnəsi


Azərbaycan Mərkəzi Bankı 28 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9256 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1461 manat, 1 Rusiya rublu 0.0231, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5523 manatdır.

15-12-2021, 07:29 | Avropada qazın qiyməti 1500 dolları ötdü

Avropada qazın qiyməti 1500 dolları ötdü

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1500 dolları keçib.

Trend-ə istinadən bildirir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında yanvar fyuçerslərinin qiyməti min kubmetr üçün 1504 dollar təşkil edib.

Bildirilir ki, qiymətdə son 1 gündə qeydə alınan ümumi artım 11 faiz təşkil edib.

24-11-2021, 08:35 | Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb

Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb


2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz artaraq 22,57 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 11 faiz artaraq 11,08 milyard manat, geniş pul kütləsi 20,4 faiz artaraq 32,4 milyard manata, sövdələşmələr üçün pul kütləsi 19,9 faiz artaraq 19,4 milyard manata bərabər olub

17-11-2021, 07:31 | Bakıda bu evlərin qiyməti ucuzlaşıb

Bakıda bu evlərin qiyməti ucuzlaşıb


Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Belə ki, oktyabr ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 5,78 faiz ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 3 351 manat, orta qiyməti olan evlərin dəyəri 705 manat, ucuz evlərin isə bir kvadrat metrinin qiyməti 307 manat təşkil edib.

11-11-2021, 10:29 | Azərbaycanla beynəlxalq maliyyə qurumları arasında kredit müqavilələri imzalanıb

Azərbaycanla beynəlxalq maliyyə qurumları arasında kredit müqavilələri imzalanıb


Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı" üzrə kredit ayrılmasına dair müqavilələr imzalanıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, AİB və AİİB tərəfindən birgə maliyyələşdirmə mexanizmi əsasında razılıq verilmiş ümumilikdə 350 milyon ABŞ dolları məbləğində olan kredit sazişlərini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov, AİB adından Azərbaycan üzrə ölkə direktoru xanım Kandis Makdegan, AİİB adından isə Bankın Baş direktoru Supi Teravanintorn imzalayıb.

Kredit Sazişlərinin şərtlərinə əsasən Proqram çərçivəsində AİB-dən 250 milyon ABŞ dolları və AİİB-dən 100 milyon ABŞ dolları məbləğində kreditlərin 10 il müddətinə LİBOR üstəgəl 0,5 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

Sözügedən proqramın məqsədi koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin dəstəklənməsidir.

İmzalanma mərasimində maliyyə naziri Samir Şərifov Azərbaycan ilə AİB və AİİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək etibarlı və vacib tərəfdaş kimi bankların Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdikləri davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini ifadə edib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə "COVID-19"la mübarizə tədbirlərində yaxından iştirak edərək həm Ümumdünya Səhiyyə Təşkilatına, həm də 30-dan çox ölkəyə maliyyə, humanitar və dərman yardımları göstərib. Nazir bildirib ki, müsbət meyillərə baxmayaraq hələ də "COVID-19" pandemiyasının fəsadlarının dünya iqtisadiyyatı üçün təhdid olaraq qaldığı bir vaxtda ölkələrin qazandığı mühüm uğurların qorunması üçün AİB və AİİB fəal mövqe nümayiş etdirərək birgə maliyyələşdirmə mexanizmi əsasında qısa müddət ərzində təqdim etdiyi çevik və səmərəli kredit proqramı mühüm əhəmiyyətə daşıyır.

Qeyd olunub ki, pandemiya ilə bağlı ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərin bugünədək olduğu kimi daxili imkanlar hesabına maliyyələşdirilməsi imkanlarının mövcudluğuna, habelə Azərbaycan Respublikası tərəfindən "COVID-19"la beynəlxalq mübarizə tədbirlərinə verdiyi töhfələrə baxmayaraq, AİB və AİİB tərəfindən bütün regional üzv ölkələrə təqdim olunan dəstək proqramından Azərbaycanın da faydalanması barədə qərar qəbul edilib.

AİB-nın Azərbaycan üzrə direktoru xanım Kandis Makdegan hökumətin "COVID-19"la mübarizə sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək Azərbaycanda həyata keçirilən pandemiyaya cavab tədbirlərinə, habelə ölkənin milli inkişaf prioritetlərinə bankın dəstəyinin bundan sonra da davam edəcəyini ifadə edib.

9-11-2021, 08:12 | Kriptovalyuta bazarının həcmi 3 trilyon dolları keçib

Kriptovalyuta bazarının həcmi 3 trilyon dolları keçib

Kriptovalyuta bazarının həcmi Eterium və Bitcoin-in bahalaşması sayəsində 3 trilyon dolları keçib.

Yeni rekord kriptovalyuta bazarının ötən il ərzində demək olar ki, dörd dəfə artmasının növbəti mərhələsi oldu. Bitkoinin qiyməti 5,6% artaraq 66 414 min dollara, Eterium isə 3% bahalaşıb. Binance Coin və Solana da bazar ertəsi əhəmiyyətli artım tempi nümayişş etdirib.

Nəticədə bazarın həcmi artmaqda davam edir və artıq təxminən 3,3 milyard dollar təşkil edir.

Eyni zamanda, kriptovalyuta bazarı mütəmadi olaraq dəyişkənlik nümayiş etdirir. Bundan əvvəl, Bitkoin yüksək artımdan sonra dəyərini əhəmiyyətli dərəcədə itirib.

Trend

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.