1-12-2020, 14:42 | Dövlət 13 mindən çox tələbənin təhsil haqqını ödəyib

13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.
30-11-2020, 16:54 | Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

2020-ci ilin oktyabrında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 264,4 milyon dollar olub ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 87,269 milyon dollar çoxdur.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin oktyabrında Türkiyədən Azərbaycana ixrac 234,702 milyon dollar, Azərbaycandan idxal isə 29,698 milyon dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 201,597 milyon dollar artaraq 1,81 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 1,543 milyard dollar, Azərbaycandan idxal isə 267 milyon dollara bərabər olub.
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 311,505 milyard dollar təşkil edib.
Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azalaraq 135,617 milyard dollar, idxalı 1,2 faiz artaraq 175,888 milyard dollara bərabər olub.
30-11-2020, 12:00 | Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 30 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 30-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0344 manat təşkil edir. 1 türk lirəsi 0.2164 manat, 1 rus rublu 0.0224, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5126 manatdır.
27-11-2020, 09:47 | Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 27 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 27-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0271 manat təşkil edir. 1 türk lirəsi 0.2156 manat, 1 rus rublu 0.0225, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5132 manatdır.
27-11-2020, 09:37 | Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,27% azalaraq 1 barelə görə 47,66 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin 1,9% azalaraq 44,84 dollar təşkil edib.
26-11-2020, 14:55 | “Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib

2020-ci ilin ilk 10 ayı ərzində Ukraynanın "Ukrtransnafta" şirkəti 13,2 milyon ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.
Bu barədə şirkət məlumat verir.
Bu ilin yanvar-oktyabr aylarında Ukraynanın neft emalı zavodları üçün nəql olunan həcmi 2,2 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox), neft tranziti isə 11,1 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox) təşkil edib.
2020-ci ilin oktyabrında neft nəqlinin ümumi həcmi ötən ilin oktyabrı ilə müqayisədə 3,5 faiz azalaraq 1,4 milyon tona bərabər olub:
"Ukrayna ərazisində boru kəməri ilə neft tranziti 7,3 faiz azalaraq 1,2 milyon ton təşkil edib. Eyni zamanda Ukrayna neft emalı zavodları üçün nəql olunan həcmi 19 faiz artıb və 250,8 min tona çatıb. Bunun 137,5 min tonu "Azeri Light" markalı Azərbaycan nefti olub".(milli.az)
26-11-2020, 10:05 | Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,41% azalaraq 2,933ABŞ dolları təşkil edib.
11-11-2020, 12:28 | Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 11 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 11-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0101 manat təşkil edir. 1 türk lirəsi 0.2076 manat, 1 rus rublu 0.0222, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5152 manatdır.
11-11-2020, 12:19 | Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,88% artaraq 2,971 ABŞ dolları təşkil edib.
10-10-2020, 09:53 | Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 1,13% azalaraq 1 barelə görə 42,85 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,43% azalaraq 40,60 dollar təşkil edib


















